Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
İrəvanda bir qələbənin tarixçəsi
İrəvanda bir qələbənin tarixçəsi
Bu, cüdoçularımızın ən uğurlu yarışı kimi yadda qalacaq
Şənbə, 19.09.2009

İ.Rəfiyev mətn ölçüsü  

11-13 sentyabr 2009-cu il Azərbaycan idmanı tarixində əlamətdar bir dönəm kimi yadda qalacaq. Həmin gün Azərbaycanın 5 cüdoçusu Ermənistan paytaxtı İrəvanda keçirilən gənclərin cüdo üzrə Avropa çempionatında böyük tarixi uğura imza atdılar. İdmançılarımızın uğurlu çıxışı sayəsində ölkəmizlə müharibə şəraitində olan Ermənistan paytaxtında bayrağımız qaldırıldı, dövlət himnimiz səsləndi.

İrəvanda keçirilən Avropa çempionatı gənc cüdoçularımızın ən uğurlu yarışı kimi də yaddaqalan oldu. Belə ki, idmançılarımız budəfəki qitə birinciliyində 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazandılar.

Gözəl çıxışı ilə İrəvan tamaşaçılarına göz dağı olan, Azərbaycan idmansevərlərinin isə sevimlisinə çevrilən Elmar Qasımov (100 kq) bütün rəqiblərini üstələyərək, qitə çempionu olub. Digər cüdoçulardan İlqar Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə bürünc medala layiq görülüblər.

Gənc cüdoçuların Avropa birinciliyində qazandıqları bu tarixi uğura dövlət də biganə qalmadı. Avropa çempionatında Azərbaycanın idman şərəfini uca tutan və bayrağımızı qaldıran milli komandamızın üzvləri dövlət səviyyəsində mükafatlandırıldı. Bununla əlaqədar Milli Olimpiya Komitəsinin inzibati binasında xüsusi tədbir keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov idmançılarımızın adi bir Avropa çempionatında deyil, Ermənistanda keçirilən yarışda psixoloji təzyiq altında çıxış edərək yüksək nailiyyət qazandığını xüsusi qeyd etdi.

Beləliklə, qızıl medal qazanmış Elmar Qasımova 50 min manat, onun şəxsi məşqçisi Əli Dərvişova 12 min 500 manat, gümüş mükafatçı İlqar Müşkiyevə 40 min manat, onun şəxsi məşqçisi Tərlan Həsənova isə 10 min manat mükafat verildi. Bürünc medallar qazanmış Fəqan Eminoğlu, Rasim Əsədullayev və Ramin Qurbanovun hərəsinə 30 min manat olmaqla mükafat təyin olundu. Müvafiq olaraq onların şəxsi məşqçiləri Rəşad Məmmədov, Ceyhun Əliyev və Əli Dərvişovun hərəsinə 7 min 500 manat mükafat verildi.

Əsas milli komandanın baş məşqçisi Ağayar Axundzadə, gənclərdən ibarət yığma komandanın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin hərəsinə 11 min manat mükafat təqdim olunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıdan iki nazir İrəvana gedəcək

Qadın cüdoçumuza Avroçempionatda bürünc medal

Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır

Elmar Qasımov: "Yerevana Azərbaycan bayrağını qaldırmağa gedirəm"

İrəvanda Azərbaycan bayrağı dalğalandı

Bölmənin digər xəbərləri
 
"Qarabağ" üçün daha bir fürsət
Ağdam klubu heç vaxt məğlub edə bilmədiyi "Simurq"la üz-üzə

"Qalatasaray" uddu, "Fənərbaxça" uduzdu
Avropa Liqasında qrup mərhələsinin oyunları başlandı

Bakıda Cüdo Mərkəzi tikiləcək
Bakıda cüdo kompleksi tikiləcək. Artıq bu kompleksin tikintisi üçün torpaq sahəsi ayrılıb.

Ramin Avropanın ən yaxşı atleti seçilə bilər
Avropa Yüngül Atletika Assosiasiyası ilin idmançısı adına namizədləri açıqlayıb.

Milli komandamız "Yuventus"a qalib gəldi
Ölkəmizin 17 yaşlılardan ibarət milli yığma komandası İtaliyada təlim-məşq toplantısındadır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər