Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" üçün daha bir fürsət
"Qarabağ" üçün daha bir fürsət
Ağdam klubu heç vaxt məğlub edə bilmədiyi "Simurq"la üz-üzə
Şənbə, 19.09.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Bu gün futbol üzrə Azərbaycan çempionatında V tur başlanır.

Tur bir sıra maraqlı görüşlərlə diqqət çəkəcək. Ötənilki çempionatın gümüş medallarının sahibi, Bakının "İnter" komandası Tovuzda "Turan"la qarşılaşacaq. Meydan sahibləri bu görüşdə paytaxt təmsilçisi ilə oyunlardakı uğursuz seriyanı dayandırmağa çalışacaq. Belə ki, Tovuz komandası "İnter"ə qarşı Premyer Liqada keçirdiyi son 8 matçın hamısında məğlub olub.

Maraqlıdır, "Qarabağ" da tarixində uda bilmədiyi rəqiblə üz-üzə gələcək. Zaqatalanın qonağı olacaq "Qarabağ" heç vaxt "Simurq"a üstün gələ bilməyib. Dördüncü mövsümdür Premyer Liqada çıxış edən Roman Pakoranın yetirmələri hər dəfə ağdamlılardan xal qopara biliblər.

19 sentyabr: "Turan" - "İnter", "Qəbələ" - "Xəzər-Lənkəran", "Standard" - "Neftçi"; 20 sentyabr: "Olimpik-Şüvəlan" - "Bakı", "Muğan" - "Karvan", "Simurq" - "Qarabağ". я

Bundan əvvəlki turun gözlənilməz nəticəsi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qeydə alınıb. Ötən mövsümün autsayderi Salyanın "Muğan" komandasını qəbul edən "Neftçi" 0:2 hesabı ilə məğlub olub. Azərbaycan çempionu "Bakı" isə "Simurq"a uduzub. "Xəzər-Lənkəran" - "Turan" və "İnter" - "Olimpik-Şüvəlan" matçları heç-heçə başa çatıb.

Yalnız "Qarabağ" və "Karvan" öz meydançalarında qələbəni bayram ediblər. "Karvan"ın "Qəbələ" ilə görüşündə İsmayıl Məmmədovun vurduğu ikinci qol çox yaddaqalan olub. Onun təxminən 60 metrlik məsafədən vurduğu qol "Qəbələ"nin qapısından keçib.

IV turun nəticələri: "Karvan"-"Qəbələ" - 4:1, "Xəzər-Lənkəran"-"Turan" - 1:1, "Bakı"-"Simurq" - 1:2, "Qarabağ"-"Standard" - 1:0, "Neftçi"-"Muğan" - 0:2, "İnter"- "Olimpik-Şüvəlan" - 2:2.

İki gün əvvəl isə Premyer Liqanın I turundan təxirə salınmış iki oyundan biri baş tutub. "Turan" - "Qarabağ" matçı 2:1 hesabı ilə başa çatıb.

"Xəzər-Lənkəran" - "Bakı" oyunu isə Lənkəranda yağan güclü leysan yağışı üzündən 11-ci dəqiqədə yarımçıq dayandırılıb. Bu görüşün təqvimdə ehtiyat gün kimi nəzərdə tutulan noyabrın 25-də keçiriləcəyi gözlənilir. Yeri gəlmişkən, qaydalara görə, həmin matç dayandırıldığı dəqiqədən davam etdiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qarabağ" sensasiyaya səbəb oldu

"Qarabağ" və "Bakı" Avropa ilə vidalaşdılar

Bölmənin digər xəbərləri
 
İrəvanda bir qələbənin tarixçəsi
Bu, cüdoçularımızın ən uğurlu yarışı kimi yadda qalacaq

"Qalatasaray" uddu, "Fənərbaxça" uduzdu
Avropa Liqasında qrup mərhələsinin oyunları başlandı

Bakıda Cüdo Mərkəzi tikiləcək
Bakıda cüdo kompleksi tikiləcək. Artıq bu kompleksin tikintisi üçün torpaq sahəsi ayrılıb.

Ramin Avropanın ən yaxşı atleti seçilə bilər
Avropa Yüngül Atletika Assosiasiyası ilin idmançısı adına namizədləri açıqlayıb.

Milli komandamız "Yuventus"a qalib gəldi
Ölkəmizin 17 yaşlılardan ibarət milli yığma komandası İtaliyada təlim-məşq toplantısındadır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər