Oktyabrda paytaxtda konsert verəcək müğənnilərin siyahısına iki tanınmış sənətçinin adları daxil edilib. Ayın 8-də Amerikanın tanınmış sənət adamı Kelli Rouland və rusiyalı Timati (tam adı: Timur İldaroviç Yunusov) Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Konsertin təşkilatçısı olan "Tonica Production"dan verilən məlumata görə, hər iki müğənni Heydər Əliyev Sarayında eyni gündə bakılı pərəstişkarların qarşısına çıxacaq.
Qeyd edək ki, Kelli Rouland keçmiş "Destiny`s child" qrupunun üç solistindən biri olub. Bu qrupun ifasında Bakıda ən çox sevilən mahnılardan biri isə "When love takes over"dir. Hazırda qrupun solistləri müstəqil solo fəaliyyəti ilə məşğul olsalar da, bu, qrupun parçalanması anlamına gəlmir. Onlar yenə də birgə layihələr üzərində çalışırlar.
"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilibÖtən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.
Cazmenlər İsveçrədə çıxış edəcəklərSentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.