Dünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir. "Gəncliyin səsi" Maarifləndirmə İctimai Birliyindən verilən məlumata görə, İsmayıl Seragəldi səfər zamanı baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Səfər zamanı Azərbaycan Yazıçılar Birliyində, Dövlət İqtisad Universitetində, Milli Kitabxanada olması nəzərdə tutulur. Qeyd edək ki, İsmayıl Seragəldinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşləri də olacaq.
|