Sentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər. Salman Qəmbərovun bildirdiyinə görə, konsert Azərbaycanın BMT nümayəndəliyi və İsveçrədəki səfirliyinin, o cümlədən səfir Elçin Əmirbəyovun təşəbbüsü ilə keçiriləcək. Öyrəndik ki, musiqiçilərimiz konsert proqramlarında azərbaycanlı bəstəkarlarla yanaşı, dünya klassiklərinin də yaradıcılığına yer ayıracaqlar.
"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilibÖtən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.