Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) Almaniya komitəsi Pakistandakı uşaqlar üçün başlatdığı yardım kampaniyasının rəsmisi kimi Mustafa Sandalı seçib. Məşhur türk müğənni bayramda pakistanlı uşaqlar üçün yardım çağırışı edəcək. Pakistanlı uşaqlar və müxtəlif Avropa ölkələrində 50 min insan arasında keçirilən sorğuda Avropanın ən sevilən türk sənətçisi seçilən Mustafa Sandal bayramda paylanacaq UNICEF broşürlərində dünyaya barış ismarıcı göndərəcək.
Şərq və Cənub-Şərqi Anadolu ellərində səhnəyə çıxacaq müğənni "Türk uşaqların sevgisinə öyrəşmişəm. Amma bu araşdırma sayəsində avropalı uşaqların da könlünü ala bildiyimizi gördükdə çox sevindim. Dünya uşaqlarının xoşbəxt bir həyat sürməsi ən böyük diləyimdir. Təklifi heç düşünmədən qəbul etdim. Şərqi və Cənub-Şərqi Anadolu turnirində də bizim uşaqlarımızla bir araya gələcəyik", - deyə söyləmişdir.
"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilibÖtən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.
Cazmenlər İsveçrədə çıxış edəcəklərSentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.