Adı uzun sürən qalmaqalda hallandırılan sənətçilərdən biri də Nazpəri Dostəliyeva olub. Onun haqqında xoşagəlməz iddia ilə çıxış edən yerli qəzetlərdən biri müğənni tərəfindən məhkəməyə verilmişdi. Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyevin ötən gün yaydığı xəbərə görə, məhkəmə müğənninin xeyrinə yekunlaşıb.
Məlumatda qeyd olunur ki, həmin qəzetin 26 iyun 2009-cu il tarixli sayında çap olunmuş "Nazpəri Dostəliyeva pis qaynanadır?!" adlı məqalədə yalan xəbərlərə yer verilib. Bu səbəbdən də Nazpəri Dostəliyeva qəzetə və baş redaktora qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsi" tələbi ilə məhkəməyə müraciət edib. Yunus Vəliyevin açıqlamasına görə, bu günlərdə keçirilən məhkəmənin nəticəsinə görə, iddia qismən təmin edilib. Qərara görə, qəzet eyni səhifədə, eyni şriftlə təkzib verməlidir. Bundan başqa, qəzet iddiaçı Nazpəri Dostəliyevadan üzr istəməlidir.
"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilibÖtən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.
Cazmenlər İsveçrədə çıxış edəcəklərSentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.