Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Serial təkcə Bakı teleməkanında çəkilmir
Serial təkcə Bakı teleməkanında çəkilmir
Gəncənin "Dostlar" kukla serialı bir sıra regional kanallarda yayımlanacaq
Şənbə, 19.09.2009

mətn ölçüsü  

Regional telekanallar arasında Gəncənin "Kəpəz"i son zamanlar bir sıra uğurlara imza atıb. "Kəpəz" Müstəqil Teleradio Şirkətinin baş redaktoru Fuad Cabbarovla bu barədə söhbət edirik.

- "Kəpəz" Müstəqil Teleradio Şirkəti Gəncə şəhərində fəaliyyət göstərir. Televiziyada əvvəlcə musiqili-əyləncə proqramları hazırlanırdı. 4 iyun 2008-ci ildə "Kəpəz" televiziyası öz formatını dəyişdirdi. Yeni inkişaf dövrünə qədəm basan televiziyada birinci iş yayım keyfiyyətini yaxşılaşdırmaq, yeni müasir avadanlıqlarla təchiz etmək idi. Daha sonra televiziyada işləmək üçün istedadlı gənclər cəlb olundu. Efirdə yeni simalar göründü, tamaşaçılara maraqlı verilişlər təqdim edildi. Bu gün efirdə yayımlanan proqramlarda cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı hüquq, səhiyyə, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterdə verilişlər də yayımlanır.

Televiziyamızda hazırda 25 layihə həyata keçirilir. Onlardan bir neçəsi digər region kanallarında da yayımlanır. 4 iyun 2009-cu ildə isə "Kəpəz" Televiziyası öz veb-saytını yaratdı. Telekanalın həmin gün istifadəyə verilən www.kereztv.az saytı onun fəaliyyəti haqda bütün məlumatları özündə əks etdirir.

Bu gün Azərbaycanda olan iqtisadi inkişafı televiziyaların artmasında da görmək olar. Bu da öz növbəsində yeni iş yerlərinin açılması və regionun siyasi, iqtisadi və mədəni həyatında baş verən bütün proseslərin operativ olaraq tamaşaçılara çatdırılması deməkdir. Bizim də məqsədimiz televiziya sahəsində bir çox uğurlara imza ataraq, yeni zirvələr fəth etməkdədir.

- Fuad müəllim, maraqlıdır: necə oldu ki, televiziya sahəsinə gəldiniz?

- Artıq 17 ildən çoxdur televiziya sahəsində çalışıram. Məktəbi bitirəndən sonra televiziyada işləmək arzusunda idim. Əsgərlikdən sonra arzum gerçəkləşdi və mən televiziya həyatına qatıldım.

REKLAM

Bu sahədə çalışdığım üçün fəxr edirəm. Həyatımı televiziyasız təsəvvür edə bilmirəm.

- Bizdə olan bilgiyə görə, ilk dəfə olaraq kukla teleserialı məhz Sizin televiziya tərəfindən çəkilir. Bu layihə kimin ideyası idi?

- Belə deyərdim, bu, zamanın bir tələbi oldu. Televiziyamızda müxtəlif səpkilərdə layihələr var idi. Ancaq çox istəyirdik ki, hazırlayaq. Biz Gəncə Dövlət Kukla Teatrının aktyoru Zülfiyyə Əliyevaya müraciət etdik. O, bizə "Dostlar" serialının ssenarisini təqdim etdi. Ssenari qəbul olundu və bundan sonra Gəncə Dövlət Kukla Teatrının kollektivi bu işə cəlb edildi. Dekorasiya tərtib olundu, tamaşa üçün xüsusi olaraq kuklalar hazırlandı, mahnı yazıldı. Mahnının bəstəkarı Cahangir Zülfüqarov oldu. Bu serialda Azərbaycan xalq nağıllarının qəhrəmanlarını, eləcə də real həyatdan götürülmüş personajları görmək olar. Serial 4-7 yaşlı tamaşaçılar üçün nəzərdə tutulub. Bu serialın cəmiyyətə çatdırılması yolunda bizə yardımçı olan insanlara öz təşəkkürümü bildirirəm.

- Çəkiliş zamanı hansı çətinliklərlə üzləşirsiniz?

- Başlanan hər yeni işdə çətinlik olur. Nəzərə alsaq ki, bu serial Azərbaycan teleməkanında ilk işdir və Bakıda yox, regionda, yəni Gəncə şəhərində istehsal olunur, əlbəttə, müəyyən çətinliklərlə üzləşirik. Layihə buraya cəlb olunan bütün insanlar - aktyor, rejissor, operator və başqaları üçün yeni bir işdi. Bu cür layihə üzrə heç kimin təcrübəsi yoxdur. İstənilən nəticəni əldə etmək üçün çox çalışmaq lazım gəlir. İşimizə məsuliyyətlə yanaşdığımız üçün elə olur ki, bir seriyanı bir neçə günə çəkirik.

- Premyera nə vaxta gözlənir və teleserial başqa kanallarda yayılacaqmı?

- "Dostlar" kukla serialı yeni televiziya mövsümündən - sentyabr ayının 6-dan "Kəpəz" televiziyasında yayımlanır. Növbəti seriyalar da nəzərdə tutulan günlərdə, yəni hər bazar saat 10:00-da azyaşlı tamaşaçılarımıza təqdim olunacaq. Bu serial başqa regional telekanallarda da yayımlanacaq. Bunlar Şəkinin "Kanal S", Xaçmazın "Region TV", Lənkaranın "Cənub TV" kanallarıdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

İran: şübhəli "etiraflar" dalğası

Bölmənin digər xəbərləri
 
Sənətçilərin çoxu bu ay ac qala bilməyib
Onlar üçün yaradıcılıq işləri ön sıradadır

Nizami Cəfərov: "Mədəniyyətin inkişaf konsepsiyası tamamlanmaq üzrədir"
Mövcud gerçəklik ciddi dəyişiklik tələb edir

YUNESKO siyahısına hansı abidələr düşəcək?
Bunun siyahısı hazırlanır

Ayselin ilk albomu İsveçdə hazırlanır
Bu səbəbdən təbii gözəlliklər ölkəsinə yollanıb

Əyyub Quliyev Rumıniyada çıxış edəcək
Dirijor burada ölkəmizi ilk dəfədir təmsil edir

Emin Ağalarovun silsilə konsertləri
Onlardan biri Kreml Sarayında keçiriləcək

"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilib
Ötən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.

Fidan Hacıyeva birillik proqram hazırlayıb
İfaçı beş operanın baş rolları üzərində çalışır

İradə İbrahimovanın klipi Gürcüstanda çəkilib
Ayın sonuna doğru təqdimatı keçiriləcək

Məhkəmə Kristina Orbakaytenin oğlunu əlindən aldı
Müğənni qərarla razılaşmır

Nazpəri Dostəliyeva məhkəmədə qalib gəldi
Ondan üzr istəniləcək

Nazir Röyanın təklifinə imza atmayıb
10 günlük konsert bu səbəbdən 6 günə keçirildi

Gələn həftə "Qala" filminin təqdimatı keçiriləcək
Sentyabrın 22-də Heydər Əliyev Sarayında "Qala" bədii filminin təqdimat mərasimi keçiriləcək.

Mustafa Sandal - barış carçısı
Sənətçi pakistanlı uşaqlar üçün yardıma çağıracaq

Milli teatr gələn mövsüm təhvil veriləcək
Azərbaycan Dövlət Akademik Milli Teatrında aparılan əsaslı təmir işləri gələn mövsümə qədər davam edəcək.

Cazmenlər İsveçrədə çıxış edəcəklər
Sentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.

İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədir
Dünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.

İki məşhur müğənni Bakıda konsert verəcək
Oktyabrda paytaxtda konsert verəcək müğənnilərin siyahısına iki tanınmış sənətçinin adları daxil edilib.

"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiri
Sentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər