Ötən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı. Bu, rəssamın yaradıcılıq həyatında ilk sərgisidir. Müəllif bildirdi ki, uzun illərdir mətbuat sahəsində çalışır və qəzet səhifələrini kompüter qrafikası ilə estetik görkəmə salmaqla məşğuldur. Onda xeyli sayda kompüter qrafikası örnəkləri toplanıb və yaradıcı rəssam duyumu bir çox əsərlərə imza atmasına yol açıb.
Etibar Aslanovun bildirdiyinə görə, onun "Əsrin müqaviləsi" adlı ilk fərdi sərgisində 15 il əvvəlki tarixi anın əhəmiyyətini duymağa, onun iqtisadi-siyasi faydasını bədii biçimdə görməyə imkan yaradan kompüter qrafikası örnəkləri nümayiş etdirilir.
Cazmenlər İsveçrədə çıxış edəcəklərSentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.