Azərbaycanlı estrada müğənnisi və iş adamı kimi tanınan Emin Ağalarov bu ilin sonuna kimi bir neçə ölkədə konsert proqramı ilə çıxış edəcək. Sənətçinin rəsmi internet saytının yazdığına görə, artıq konsertlərdən bir neçəsinin vaxtı və yeri müəyyən edilib.
Saytın yazdığına görə, Emin Ağalarovun builki konsertləri sırasında Moskvanın "B1 Maximum" klubunda nəzərdə tutulan bir konserti var. Bu konsert oktyabrın 29-na planlaşdırılır. Noyabrın 6-da isə estrada müğənnisi Dubayda çox məşhur bir oteldə - "Atlantis the ralm"da geniş konsert proqramı ilə çıxış edəcək. Dekabrın 17-də isə Emin Ağalarov Kreml Dövlət Sarayının səhnəsində diləyiciləri qarşısında yeni və sevilən mahnılarını ifa edəcək. Yayılan məlumatda daha sonra bildirilir ki, hazırda Emin Ağalarovun Bakı və Moskva konsertlərinin DVD versiyası hazırlanır. Toplunun oktybarın sonlarında işıq üzü görəcəyi planlaşdırılıb.
"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilibÖtən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.
Cazmenlər İsveçrədə çıxış edəcəklərSentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.