Sentyabrın 20-dən 27-dək Rumıniyanın Krayova şəhərində Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda ölkəmizi ilk dəfə olaraq gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edəcək. Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası, Krayova Dövlət Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçiriləcək festivalda Əyyub Quliyevin idarəsi ilə Krayova Filarmonik Orkestri və "Krayova virtuozları" kamera orkestri geniş konsert proqramı ilə çıxış edəcək. Proqrama Pyetro Maskanyinin "Kənd qüruru" operasının konsert ifası və dünya klassik musiqisinin parlaq nümunələri olan İ.Brams, K.Veber, F.List, İ.Stravinskinin əsərləri daxildir. Xatırladaq ki, konsertlərdə Krayova Opera Teatrının solistləri və xoru da iştirak edəcək. Festivalda Avropa, Asiya ölkələri və Amerikadan dəvət olunmuş musiqiçilərin də iştirakı gözlənir.
"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilibÖtən gün Vəcihə Səmədova adına sərgi salonunda rəssam Etibar Aslanovun "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş eyniadlı fərdi sərgisi açıldı.
Cazmenlər İsveçrədə çıxış edəcəklərSentyabrın 24-də Cenevrə Millətlər Sarayında (İsveçrə) əməkdar incəsənət xadimləri, cazmenlər Salman Qəmbərov (fortepiano) və Rain Sultanov (saksafon) konsert proqramı ilə çıxış edəcəklər.
İsgəndəriyyə kitabxanasının direktoru Bakıda səfərdədirDünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycanda səfərdədir.
"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiriSentyabrın 23-də Nardaran Dövlət tarix-mədəniyyət qoruğunda Ramazan bayramı münasibəti ilə "Mənəviyyat dolu Ramazan" adlı xeyriyyə tədbiri keçiriləcək.