Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Saraçli məktəbinin 90 yaşi tamam olur
Saraçli məktəbinin 90 yaşi tamam olur
Bir vaxt 1200 şagirdi olan bu məktəbdə indi 150 şagird var
Şənbə, 19.09.2009


Fikrət Süleymanoğlu
mətn ölçüsü  

Borçalının Saraçlı məktəbinin 90 yaşı tamam olur. 1918-ci ildə Gürcüstan öz müstəqilliyini elan etdikdən və Demokratik Respublika qurulduqdan sonra ölkənin hər yerində olduğu kimi, türk-müsəlman əhalinin əksəriyyət təşkil etdiyi bölgələrdə, o cümlədən Borçalı qəzasında da maarif işlərinin yenidən qurulmasına təşəbbüs edildi. Bununla əlaqədar olaraq 1919-cu ildə qəzanın 19 böyük kəndində türk dilində dünyəvi məktəb yaratmaq qərara alınmışdı. Amma həmin il Borçalı kəndlərinin yalnız 13-də məktəb açmaq mümkün oldu. Onlardan biri də Saraçlı idi.

Saraçlıda haqqında söhbət gedən dünyəvi məktəb 1919-cu ilin noyabrında fəaliyyətə başladı. İlk tədris ilində üç sinif vardı (hamısı birinci sinif). Dərslərə cəlb olunmuş 31 şagirdin 4-ü qız idi.

Gürcüstanda yaşayan soydaşlarımızın böyük kəndlərindən biri də Saraçlıdır. Bolnisi rayonunun səfalı guşələrindən birində - Saxsağanlı dərəsinin axar-baxarlı meşələrinin ətəyində yerləşən bu qədim eli adətən Azərbaycan riyazi analiz məktəbinin banisi akademik Zahid Xəlilov və böyük el sənətkarı Aşıq Hüseyn Saraçlının kəndi kimi tanıyırlar. Saraçlıların buradakı çoxəsrlik tarixləri boyu əldə etdikləri nailiyyətlər sırasında təhsil sahəsində qazandıqları uğurlar şübhəsiz ki, ön sırada durur. Fərqli bir dini, mədəni və milli mühitdə yerləşən bu kəndin yetirmələri arasında 12 elmlər doktoru, 50-yə yaxın fəlsəfə elmləri doktoru, 150-yə yaxın müəllim, 100-ə yaxın mühəndis, 10-dan artıq həkim, çoxlu sayda hüquqşünas, hərbçi və başqa ixtisas sahibləri var. Hazırda onlar az qala dünyanın hər tərəfinə səpələniblər. Bu nailiyyətlər isə heç şübhəsiz ki, 90 yaşı sentyabr ayının 25-də tamam olan kənd orta məktəbindən qaynaqlanır.

Dini və mədəni mərkəzlərdən xeyli aralı olan Saraçlıda dövrə görə heç olmasa orta səviyyəli bir təhsil sistemi yaratmağın mümkünlüyü fikri də ağlabatan deyil. Bunun üçün nə elə iqtisadi, nə də elə mədəni imkanlar vardı. Türkiyədə təhsil almış Yunis Əfəndi Məmmədzadəni çıxmaq şərti ilə din xadimlərinin bilik səviyyəsi də qədərincə yüksək deyildi ki, öz şagirdlərinə başqa dərsləri, o cümlədən dünyəvi bilikləri öyrədə bilsinlər.

1919-cu il sentyabrın 25-də məktəbin müəllimi təyin edilmiş Yunis Əfəndi Türkiyədə təhsil almış, bundan əvvəl Tiflisdə Müftiyyat yanındakı mədrəsədə dərs demişdi. Həmin dövrdə Gürcüstan Respublikasının türk məktəbləri üzrə müfəttişi olmuş Mirzə Rza Əlizadə Yunis Əfəndini ana dilindən çox savadlı bir şəxs kimi xarakterizə etmişdi.

Məktəbdə dərs proqramı belə qurulmuşdu: Ana dili - 8 saat, hesab-6 saat, rəsmxətt - 2 saat, əl işi - 2 saat, musiqi - 2 saat, bədən tərbiyəsi - 2 saat.

Rəsmən din dövlətdən ayrı olduğuna görə əlavə olaraq keçilən şəriət dərslərinin haqqını isə valideynlər ödəməli idi.

Sovetləşmədən sonra, 1921-ci ilin yazında məktəb öz işlərini dayandırmağa məcbur oldu.

REKLAM

Lakin təzə hakimiyyət bunun əvəzində camaata savadsızlığın ləğvi kurslarını təklif etdi. Gündüz qadınlar, axşam isə kişilər üçün fəaliyyət göstərən bu kurslarda sakinlər bir tərəfdən yazıb-oxumaq öyrənir, digər tərəfdən isə "təzə quruluşun üstünlükləri barədə məlumatlar" alaraq savadsızlıqlarını ləğv edirdilər.

Dərsləri ilk vaxtlar İsa Musayev, Paşa Boziyev, Mövlüd Nazıyev, Alı Sarvanlı keçsə də, bu kurslarda təhsillərini artıq başa vurmuş qabiliyyətli gənclər də bu işə qoşulurdular.

Bu dövrün ən ciddi hadisələrindən biri isə şübhəsiz ki, 1922-ci ildə Saraçlıda köhnə məktəbin əsasında yeni - sovet tipli dünyəvi məktəbin yaradılması olmuşdur.

Amma bir şeyi də etiraf etmək lazımdır ki, saraçlıların fəxr etdiyi orta məktəbin simasının formalaşması bütün həyatlarını bu işə həsr etmiş iki şəxsin - Məmməd Nəbizadə və Əhməd Məmmədovun adı ilə daha çox bağlıdır.

Məmməd müəllim məktəbə onun ən acınacaqlı günlərində rəhbər təyin edildi və problemləri böyük səbrlə, günbəgün həll etməyə müvəffəq oldu. Bu dövrdə artıq Selsovet Gülxanımın təşəbbüsü ilə məktəbin yeni sinifləri tikilərək sahəsi xeyli genişləndirilmişdi. Bir şeyi də qeyd etməliyəm ki, Tbilisi və Borçalı pedaqoji texnikumlarının, ilk buraxılışı 1941-ci ildə olmuş Tbilisi Müəllimlər İnstitutunun müəllim kadrlarının hazırlanmasında bütün Borçalı məktəbləri kimi, Saraçlı məktəbinə də xeyli köməyi olmuşdur. Kənd ziyalılarının və müəllimlərinin bir hissəsi - o cümlədən sonralar tanınmış hüquqşünaslar olan Nəsib Hacıyev və Nəbi Nəbizadə də 30-40-cı illərdə məhz həmin texnikumlarda təhsil almışdılar.

1951-cü ildə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin fəlsəfə bölməsinə daxil olmuş Məmməd müəllimin yerinə - məktəb direktoru vəzifəsinə Əhməd müəllim təyin edildi. 1957-ci ilə qədər bu vəzifənin öhdəsindən bacarıqla gələn Əhməd müəllim (həmin ildən etibarən M.Nəbizadə yenidən direktor oldu) 1956-cı il noyabr ayının 15-də Saraçlı orta məktəbinin açılması haqqında rəsmi qərarın çıxarılmasında böyük rol oynadı. Bu vaxtacan ancaq səkkizillik təhsil alan kənd uşaqlarının bəziləri sonrakı sinifləri başa vurmaq üçün qonşu Faxralı, Arxılı və başqa kəndlərin məktəblərinə getməyə məcbur olur, qalanları isə imkansızlıq ucbatından kənddən çıxa bilmirdilər...

Saraçlı orta məktəbinin ilk buraxılışı 1958-ci ildə oldu. Həmin il eyni zamanda həm 10-cular, həm də 11-cilər məzun oldular. Bu, Saraçlının tarixində ən əlamətdar günlərdən idi. Kənd gəncləri, onların valideynləri neçə illərin arzusuna qovuşmuşdular.

Orta məktəbin yaradılması kənddə təhsilə münasibətdə böyük çevriliş etdi. Tam orta təhsil üçün daha uzağa getmək lazım gəlmirdi. Bir tərəfdən də ali təhsil alan Saraçlı gənclərinin sayı ilbəil artır və onlar bütün kənd uşaqlarına nümunə göstərilirdi. Bu vaxtlar artıq Azərbaycanın böyük riyaziyyatçısı akademik Zahid Xəlilovun elmi müvəffəqiyyətləri, gənc alim Yaşar Nazıyevin uğurları, tanınmış hüquqşünas, Gürcüstan Ali Məhkəməsinin üzvü Nəsib Hacıyevin fəaliyyəti barədə xəbərlər ali təhsil almaq istəyən istedadlı gənclərə qol-qanad verirdi.

Ali təhsil almış gənclərin bir çoxu kəndə, doğma məktəbə qayıdaraq təlim-tərbiyə işinə qoşulur, gələcəyin alimlərinin, mühəndislərinin, həkimlərinin, pedaqoqlarının hazırlanmasında aparıcı şəxslərə çevrilirdilər. Bunlar 50-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirən Şəfiqə Həsənova, Əhməd Məmmədov, Həqiqət Nazıyeva, həmin institutun kimya-biologiya fakültəsini bitirən Bayram Bayramov, tarix fakültəsini bitirən Namaz Bayramov, Gəncə Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirən Osman Osmanov idi...

1960-64-cü illərdə əhalinin sürətli artımı ilə əlaqədar olaraq məktəbdə şagirdlərin sayı da ilbəil çoxalırdı. Sinif otaqlarının çatışmazlığı üzə çıxmışdı. Dərsləri keçmək üçün kolxoz idarəsinin birinci mərtəbəsindən, Qaraqayanın döşündə "Toyuq damı" adlandırılan iki taxta tikilidən, hətta şəxsi evlərdən belə istifadə olunurdu.

Bütün bunlar nəzərə alınaraq, 1964-cü ildə Nəbi Hüseynovun başçılıq etdiyi Rustaveli adına kolxozun hesabına yeni üçmərtəbəli məktəbin tikintisinə başlandı. Bu tikintidə böyüklərlə yanaşı, yuxarı sinif şagirdləri də iməciliklər təşkil edərək ruh yüksəkliyi ilə çalışırdılar.

Tikinti 1967-ci ilin yayında başa çatdı və sentyabrın 1-də yeni dərs ilinin başlanğıc günü məktəbin təntənəli açılışı oldu. Saraçlı uşaqları qaranlıq, darısqal otaqlardan nəinki başqa kəndlərin və qəsəbələrin, hətta bəzi şəhərlərin şagirdlərinin belə həsəd aparacağı böyük, işıqlı siniflərə köçdülər. Eyni zamanda 480 şagirdin dərs keçə biləcəyi bu məktəbin fizika, kimya, təbiətşünaslıq və s. fənlər üzrə kabinet və laboratoriyaları, idman zalı və kitabxanası onun qiymətini daha da artırır, dərslərin ən yüksək səviyyədə keçəcəyindən xəbər verirdi.

Belə də oldu. Tezliklə Saraçlı məktəbi Gürcüstanın ən qabaqcıl məktəblərindən birinə çevrildi. 1969-cu ilin buraxılışı isə bütün rekordları arxada qoydu. Məktəbi bitirən 55 şagirdin 25-i ali məktəblərə (o cümlədən 6 nəfər Azərbaycan Dövlət Universitetinə, 3 nəfər Azərbaycan Tibb İnstitutuna), 17 nəfəri isə texnikumlara daxil olmuşdu. Sonralar onlardan Həmdulla Mehrabov, İsmət Əhmədov və Şəhabəddin Musayev müdafiə edərək alimlik dərəcələri aldılar. Süleyman Çobanov 90-cı illərin əvvəllərində kənd sovetinin sədri, Hüseyn Nəbiyev isə doğma məktəbin direktoru oldu.

Bir zamanlar oxumaq, bilik əldə etmək arzusu ilə övladları neçə-neçə kəndə üz tutan Saraçlı kəndinin məktəbində indi Ağqula, İmir, Aşağı Qoşakilsə, Molla Əhmədli, Yuxarı Qoşakilsə və başqa kəndlərin uşaqlarını görmək olardı. 1970-ci illərin əvvəllərində məktəbdə şagirdlərin sayı 1200 nəfərə çatmışdı.

Hazırda isə Saraçlı məktəbi öz tarixinin ən acınacaqlı günlərini yaşayır. İndi kənd məktəbində şagirdlərin sayı 150 nəfərə yaxındır...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

Orta məktəb şagirdlərində siqaretə meyil artıb

Gənc liderlər Qazağa toplaşıb

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin

Uşaqlar niyə intihar edir?

Bölmənin digər xəbərləri
 
Fərəhli kəndinin "fərəhsiz" günləri
İnsafən, bu qorxmaz cəbhə kəndinin özəl qayğıya haqqı çatır

Uşaqlara çəkilən xərclər artıb
Çünki qida məhsulları bahalaşıb

Uşaqlar necə mühakimə edilsin?
14 yaşlı uşaq böyüklər kimi cəzalanır

Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu
Sürücü əməyi - kölə əməyi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər