Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Fərəhli kəndinin "fərəhsiz" günləri
Fərəhli kəndinin "fərəhsiz" günləri
İnsafən, bu qorxmaz cəbhə kəndinin özəl qayğıya haqqı çatır
Şənbə, 19.09.2009


Təhminə Tağızadə, Gəncə Media Mərkəzi
mətn ölçüsü  

Qazax rayonunun sərhəd kəndlərindən biri olan Fərəhliyə köhnə, bərbad bir yol aparır. Üç tərəfdən Ermənistanla həmsərhəd olan Fərəhli kəndini yalnız bu yol "böyük Vətənə" bağlayır. Sakinlər adətən gediş-gəliş üçün şəxsi maşınlardan istifadə edirlər. Çünki kəndə sərnişin daşıyan avtobus gündə cəmi bir reys edir. Yolla bağlı digər bir narahatlıq isə ondan ibarətdir ki, təxminən bir neçə yüz metr aralıda erməni mövqeləri yerləşir və onlar yoldan keçən maşını istənilən vaxt vura bilərlər. Əgər yola bələd olmayan adam buralara gəlsə, təhlükəyə düşə bilər. Çünki Qazaxın bu istiqamətdə yerləşən kəndlərinə yolu göstərən bir dənə də olsun nişan yoxdur.

Fərəhli kənd sakini Mahmud Məmmədov düşmənlə üç tərəfdən "bir növ mühasirədə" yaşadıqlarını deyir: "Bir tərəfimiz İcevandı, bir tərəfimiz Noyanberyan. Biz də düşmənlə 250 metr aralıda ortada qalmışıq. Bircə dağların arası ilə Qazax şəhərinə təhlükəsiz yolla getmək olar, amma buradan asfalt yol yoxdur. İndi gedib-gəldiyimiz yol güllə mənzilindədir və bərbad haldadı. Qabaqdan qış gəlir. Avtobus köhnədi, bir saata gediləsi yolumuzu biz saat yarıma, iki saata gedirik. Bunun qayğısına qalan yoxdur ki, kəndə marşrut avtobusu verək, camaat yazıqdı".

Fərəhlidə narahatlıq tək yolla bitmir. Sakinlər deyir ki, kənddəki problemlər son zamanlar burada camaatın güzəranını daha da cətinləşdirib. Fərəhlidə insanlar içməli suyu belə tapmaqda çətinlik çəkir, bulaq başında saatlarla növbədə durmalı olurlar.

REKLAM

Vaxtı ilə Fərəhli kəndində 10-dan çox bulaq olub. Lakin onların əksəriyyəti quruduğundan sakinlər bir neçə ildir içməli suya olan ehtiyaclarını bir bulaqdan su götürməklə ödəməyə çalışırlar.

Kənd sakini Nüşabə Bilalova isə deyir ki, yalnız əkin-biçinlə məşğul olan kəndlilərə erməni ilə qonşuluğun çətinlik yaratması azmış kimi, Fərəhlidə suyun olmaması sakinlərin gününü lap qara edib.

"Azərbaycanın qərbində, ucqar bir bölgədə Fərəhli kəndi var. Bu kənd erməni ilə göz-gözə, üz-üzə yaşayır. Fərəhli kəndi qayğı istəyir, Fərəhli kəndi ata-baba yurdunu atıb getmək istəmir. Vaxt vardı Fərəhli kəndi, doğrudan da, fərəhli idi. Kəndin yeganə dolanşığı heyvandarlıqdı. Mal-heyvanı saxlamaq üçünsə otarmaq lazımdı, otaranda da bilmirsən hara gedəsən. Kənd hər tərəfdən sərhəddir, otlağa çıxan kimi güllə atılır. Elə üç nəfərimizi bu cür vurublar".

Su olmayan kənddə havalar quraq keçəndə mal-qaranı saxlamaq çətinləşir. Əkilən sahələr isə susuzluqdan od tutub yanır.

"Beş malımız vardı, ikisini dinməz satıb ota verdik. Üç hektar pay torpağımız var. Bir dişədəyən yavanlıq çıxara bilməmişik. Beş hektar torpağa borc-xərc edib taxıl səpmişik, cəmi ikicə ton buğda yığmışıq. Hamısı susuzluqdan yanıb. Axı mənim 46 yaşım var, ölüb gedirəm, nə vaxt bu kənddə yaxşı bir gün görəcəm? Bir yandan həyəcan, bir yandan yoxsulluq, bir yandan kasıbçılıq", - deyə kənd sakini Bafadar Məmmədov narazılığını ifadə etdi.

Digər kənd sakini Pəri Eyyubova deyir ki, beş nəfər ailənin gəliri əsasən onun hökumətdən aldığı pensiyadan ibarətdir: "Beş inək saxlamışdım, onun ikisini satıb ota vermişəm. Əkmişəm, becərmişəm, yanıb qapqara kül olub. Mən onu neyləyim, nə ilə sulayım, becərim ki, ailəmi dolandırım?"

Qazax Rayon İcra Hakimiyyətindən isə bildirilir ki, bu il Çoğaz çayından Fərəhliyə 7 kilometr uzunluğunda su xətti çəkilməli idi, lakin iqtisadi böhran səbəbindən bu işin həlli növbəti ilə qalıb. "Layihə smeta sənədləri artıq hazırlanmışdır. Orda işin icrasına yaxın vaxtlarda başlanacaq. Belə ki, əhalinin həm həyətyanı sahələri, həm də pay torpaqları suvarılacaq. Bununla da əhalinin güzəranı yaxşılaşdırılacaq", - Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdalıyev belə deyir.

Kəndin yollarına gəlincə, Fərman Nağdalıyev deyir ki, bu, ümumrayon problemidir. İlbəil bu sahəyə vəsait ayrılınca Fərəhli kəndinə gedən yol da təmir olunacaq.

Qeyd edək ki, Fərəhli kəndi də daxil olmaqla, vaxtilə bu ərazidə döyüşlər getdiyindən kəndlərdə yaşayan yerli əhali qismən ətraf ərazilərə köçürülmüşdü. Yalnız 1996-cı ildən Fərəhli kəndinin bütün sakinləri öz evlərinə qayıda bilib. Düzdür, artıq ikinci ildir bu sərhəd kəndinə stabil olaraq işıq və qaz verilir. Qarabağ döyüşlərində şəhid olmuş Kamran Kərimovun adını daşıyan Fərəhli kənd orta məktəbi də bu il qapılarını balacaların üzünə açıb.

Fəqət cəbhə xəttində yerləşən bu yaşayış məntəqəsinin müəyyən sosial problemləri hələ də qalmaqdadır. İnsafən, bu kəndin hökumətdən özəl qayğı ummağa tam haqqı çatır. Onun problemləri o biri kəndlərlə müqayisədə ilk növbədə həllini tapmalıdır. Özü də təcili qaydada. Düşmənin burnunun ucunda, atılan düşmən güllələrini vecinə almadan öz adi həyatını, örnək həyatını yaşadığına görə.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda rotasiya problemi

Qərb səfəri

Hərbi vertolyotlarımız cəbhə xəttində uçublar

Bölmənin digər xəbərləri
 
Uşaqlara çəkilən xərclər artıb
Çünki qida məhsulları bahalaşıb

Uşaqlar necə mühakimə edilsin?
14 yaşlı uşaq böyüklər kimi cəzalanır

Saraçli məktəbinin 90 yaşi tamam olur
Bir vaxt 1200 şagirdi olan bu məktəbdə indi 150 şagird var

Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu
Sürücü əməyi - kölə əməyi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər