Macarıstanla Azərbaycan arasında hərbi sənəd imzalanacaq
|
Şənbə, 12.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Macarıstanla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanacaq. Bu sənəd hər iki ölkə arasında hərbi əməkdaşlığı daha da dərinləşdirəcək. Bu barədə Azərbaycan Milli Məclisi sədrinin 1-ci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərovla Macarıstan Müdafiə Nazirliyinin dövlət katibi Aqneş Vadai arasında görüşdə məlumat verilib. Macarıstandan olan heyətin Bakıya gəlməsində də əsas məqsəd hərbi əməkdaşlığı genişləndirməkdir.
İndiyədək 90 azərbaycanlı zabitin Macarıstanın ali hərbi məktəblərində təlim keçdiyini deyən dövlət katibi Aqneş Vadai rəsmi Bakı ilə NATO çərçivəsində əməkdaşlıqda da maraqlı olduqlarını deyib.
Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyən macarıstanlı qonaq Azərbaycan və Ermənistan prezidentlərinin son danışıqlarının münaqişənin sülh yolu ilə həllinə şərait yaradacağına ümid etdiyini bildirib.
Ziyafət Əsgərov isə indiyədək bu münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyinə, NATO PA-nın heç bir qərar qəbul etmədiyinə və dünya birliyinin bu ədalətsizliyə göz yummasına təəssüfləndiyini bildirib. O, NATO PA-nın münaqişə ilə bağlı ATƏT Minsk Qrupunun məşğul olduğunu əsas gətirərək qərar qəbul etmədiyindən narahatlığını ifadə edib.
|
|
|
Oxşar xəbərlər:
"Xarı bülbül" erməniləri susdurub
|
|
|