Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Orduda Ali İnspeksiya İdarəsi yaradılır
Orduda Ali İnspeksiya İdarəsi yaradılır
Bu qurum bütün güc strukturlarına cavabdeh olacaq
Şənbə, 12.09.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Azərbaycan tərəfi Silahlı Qüvvələrdə Ali İnspeksiya İdarəsinin yaradılması ideyasını gerçəkləşdirmək üzrədir. Bütün güc strukturlarında təftiş həyata keçirilməsinə məsul olacaq bu qurum yaxın vaxtlarda Prezident yanında formalaşdırılacaq. Bu barədə "Ayna"ya hərbi mənbələrdən məlumat daxil olub. "Yoxlama və təftiş prosesi Silahlı Qüvvələrdə islahatların uğurla həyata keçirilməsinin təminatı rolundadır. Öz ordusunda islahatların sürətləndirilməsini istəyən ölkələr davamlı təftişlərdən istifadə edirlər", - deyə mənbə bildirdi.

Qeyd edək ki, hazırda Müdafiə Nazirliyində inspeksiya bölməsi mövcuddur. Lakin ekspertlər onun fəaliyyətini o qədər də qənaətbəxş hesab etmirlər. Ekspertlərə görə, bu qurumun fəaliyyətinin, həyata keçirdiyi yoxlamaların nəticələri bir çox hallarda ölkənin siyasi hakimiyyətinə çatdırılmaya bilər.

"Əgər Azərbaycan öz ordusunu NATO standartlarına uyğunlaşdırırsa, onda bütün güc strukturlarını əhatə edəcək, müstəqil İnspeksiya İdarəsinin yaradılmasına ehtiyac duyulur. NATO da islahatlar və onlara nəzarət terminləri yanaşı işlədilir. Əgər Azərbaycan ordusunda islahatlar prosesi varsa, onda ona nəzarət edəcək müstəqil İnspeksiya İdarəsinin mövcudluğu zəruridir", - deyə ekspertlər bildirirlər.

Bu arada Azərbaycan Silahlı Qüvvələrində 3 həftə əvvəl başlamış yoxlamaların birinci hissəsi başa çatıb. Prosesin gedişi və nəticələri ilə bağlı ölkə rəhbərliyi məlumatlandırılıb. Bu barədə "MilAz" İnformasiya Agentliyinə məlumat verilib. Qeyd edilir ki, şəxsən müdafiə naziri general-polkovnik Səfər Əbiyevin nəzarəti altında keçirilən yoxlamalar Silahlı Qüvvələrin bütün səviyyələrində aparılıb və miqyasına görə 3 il bundan öncə keçirilən bənzər yoxlamaları üstələyib. "Yoxlamaların ilkin nəticələri məqbuldur. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına transformasiya prosesi davam edir", - deyə mənbə bildirib.

Məlumatda qeyd edilib ki, yoxlamaların gedişində şəxsi heyətin döyüş və psixoloji hazırlığı da diqqət mərkəzində olub: "Bu istiqamətdə təkliflər paketi hazırlanır və müvafiq qaydada orduya tətbiq ediləcək", - deyə mənbə bildirdi.

Eyni zamanda, məlumata görə, həyata keçirilən yoxlamalar ümumi təftiş prosesinin birinci hissəsidir və yaxın vaxtlarda bu yoxlamalar daha yüksək səviyyədə - ölkə rəhbərliyi səviyyəsində aparılacaq. Müdafiə Nazirliyi rəhbərliyinin nəzarəti ilə həyata keçirilmiş yoxlamalar daha çox çatışmazlıqları üzə çıxarmaq, onların aradan götürülməsini təşkil etmək məqsədi güdüb.

Növbəti mərhələ isə ABŞ Müdafiə Nazirliyinin və NATO dairələrinin tövsiyəsi ilə Prezident Administrasiyası, Milli Təhlükəsizlik Nazirliyi, Hərbi Prokurorluq və Müdafiə Nazirliyi əməkdaşları tərəfindən gerçəkləşməlidir.

Yekunda Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi və ümumiyyətlə, ordudakı vəziyyətlə bağlı hesabat hazırlanacaq. Bunun ardınca isə ölkə rəhbərliyi ordu quruculuğunun perspektivləri ilə bağlı qərar qəbul edəcək. Bu qərarla ölkənin 2010-cu il hərbi büdcəsində Silahlı Qüvvələrin gerçək ehtiyacları nəzərə alınacaq.

Ekspertlərə görə, bu yoxlama nəticəsində hazırlanmış hesabat Azərbaycanın strateji sənədlərinin - Hərbi Doktrina və Strateji Müdafiə İcmalının hazırlanması üçün əsaslı baza rolunu oynaya bilər.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
Bu il Azərbaycan 46 hərbçi itirib
Qeyri-nizamnamə və intihar halları artır

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib
"Fatimeyi-Zəhra" məscidinin dini icmasının sədri Tofiq Rəzizadə Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüb.


Avropa müxalifəti seçkilərə dəvət edir
"Altılıq" isə seçkilərə inamsız yanaşır

DİN sahə rəisi institutu yaradır
Yerlərdə ictimai şuralar yaradılacaq

Hərbi vertolyotlarımız cəbhə xəttində uçublar
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 10 vertolyot dünən Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy rayonları istiqamətində təmas xətti boyunca uçuşlar həyata keçirib.

Macarıstanla Azərbaycan arasında hərbi sənəd imzalanacaq
Macarıstanla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanacaq.

FHN Akademiyasına rəis təyin edildi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına rəis təyin edilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər