Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası
Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası
Bütün bunların arxasında nələr durur?
Şənbə, 12.09.2009


Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar M
mətn ölçüsü  

Rusiya və Avropa mətbuatında, siyasi çevrələrində "Quzey Qafqaz" məsələsi gündəmə gəlməkdədir. Bir sıra təhlilçilərin fikrincə, ilk öncə çeçen məsələsi kölgədən çıxaraq yenidən günün mövzusuna çevrilib. Belə ki, mühacirətdə olan İçkeriya-Çeçen Hökumətinin baş naziri Əhməd Zakayevin və 2003-cü ildə Kreml tərəfindən yaradılmış Çeçenistan hakimiyyətinin parlament spikeri Dukvax Əbdürəhmanovun Oslo, Sürix və London görüşlərini Kreml bir cür, Avropa siyasi çevrələri isə başqa cür yozmaqdadır. Kreml bu görüş və anlaşmalardan ehtiyatlanır. Düşünür ki, Çeçenistan və Quzey Qafqazda etibar etdiyi hökumətlər gizlində "separatizm"lə bağlı ola bilərlər.

Bundan ehtiyat edən, üstəlik də regionda insan hüquqları təşkilatlarının fəaliyyətini genişləndirməsindən narahatlıq keçirən güclər məhz bu qurumların regional liderlərini terror etməyə başlayıblar. Çox maraqlıdır ki, hüquq müdafiəçilərinin vəhşicəsinə qətlə yetirilməsini Kreml və regiondakı "Qafqaz İslam Əmirliyi" sükutla qarşılayıb. Bütün bunların arxasında nələr durur? Quzey Qafqazın daimi savaş meydanına çevrilməsində kimlər maraqlıdır?

Diametrik qarşıdurmalardan çıxış yolu

Bu gün Quzey Qafqazın Dağıstan, İnquşetiya, Çeçenistan və Kabarda-Balkar respublikalarında RF DİN Daxili Qoşunları və FSB-yə bağlı olan xüsusi təyinatlılar, eləcə də yerli polis antiterror əməliyyatları aparır. Bunun gedişində çox zaman günahsız qurbanlar olur. Bu kimi halların qarşısının alınmasında Rusiya hüquq müdafiə təşkilatlarının çox böyük əməyi var. "Memorial", Rusiya İnsan Hüquqları Cəmiyyəti, Moskva "Helsinki İnsan Hüquqları Komitəsi", Rusiya İnsan Hüquqları Hərəkatı və onlarca digər təşkilatların indi Quzey Qafqazın bütün bölgələri üzrə yerli özəkləri yaranıb. Digər tərəfdən, bu təmsilçiliklər həm də beynəlxalq təşkilatlarla ortaq layihələr əsasında fəaliyyət göstərir. Bununla da faktiki olaraq regionda insan hüquqlarının durumu ilə bağlı hər gün beynəlxalq birlik anındaca məlumatlandırılır.

Hər halda, belə bir fəaliyyət bölgədə müharibə və uydurma "antiterror əməliyyatları" tərəfdarlarının qanunsuz əməllərinin ifşası ilə müşayiət edilir. Məhz buna görə də hüquq müdafiəçiləri hər addımda təhdid olunur və onların terrora məruzqalma, öldürülmə riskləri artır. Bunu son ayların təhlilləri də sübut edir. Çeçenistan, İnquşetiya və Dağıstanda hüquq müdafiəsilə məşğul olan insanların terror olunması, ofislərinin yandırılması, ailə üzvləri və yaxın qohumlarının daim təhdid olunmaları adi haldır.

REKLAM

İnquşetiyada hüquq müdafiəçisi Roza Malsaqova ölüm təhlükəsindən yayınmaq üçün Fransada qaçqın statusu almışdır. İnquşetiya İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının lideri Məhəmməd Evloyev birbaşa prezident Yunusbəy Evkurovun gözləri qarşısında polislər tərəfindən döyülərək öldürüldü. Dağıstanda "Əsgər Anaları Komitəsi" təşkilatının mərkəzi ofisi günün günorta çağında yandırıldı. Zülfiyə Məhəmmədova, Zamirə Qasımova, Svetlana Bəymirzəyeva və digərlərinə qarşı təhdidlər müntəzəm şəkil alıb. Bir sıra qəzetlərə qarşı saxta dəlillərlə məhkəmə ittihamları bu mətbu orqanları hər an qapanma təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu kimi faktların sayı artmaqdadır.

Çeçenistanda Nataliya Estemirova, Zarema Sadullayeva, Əli Cəbrayılov və digər məşhur hüquq müdafiəçilərinin terror olunaraq öldürülmələri mədəni dünyanı həyəcana gətirmişdir. Bütün bunları diqqət mərkəzində saxlayan Quzey Qafqazdakı siyasi, dini liderlər, politoloqlar, eləcə də Avropada mühacirətdə olan qafqazəsilli liderlər fərqli düşərgələrə mənsub olsalar da, problemlərin birlikdə həlli üçün təşəbbüslər irəli sürməyə başlayıblar. Əsas məqsəd qarşıdurmaların həllidir. Bu prosesin başlanmasına qarşı savaş ocaqlarının yenidən alovlanması da gözdən qaçmır. Çünki çıxış yolu olaraq bölgədə vətəndaş cəmiyyəti qurulmasının gərəkən şərtlərinə önəm verilməkdədir.

Maraq doğuran səbəblərdən biri də odur ki, məhz radikal islamçı hərəkatlar və Rusiyanın korrupsioner gücləri Quzey Qafqaz üçün yeni siyasətə çevrilməkdə olan vətəndaş cəmiyyəti anlayışının inkişafına qarşı birləşiblər.

Soyuq savaşın qırıntıları

Quzey Qafqazda vətəndaş cəmiyyəti qurma cəhdləri və ötən yüzilin mirası kimi qəbul edilən "soyuq savaş" qırıntıları bu gün eyni vaxtda təzahür edir. Sonuncular problemlərin həllinə göstərilən cəhdlərə sarsıdıcı zərbələr endirir. İnformasiya texnologiyaları Quzey Qafqazda, xüsusilə Çeçenistanda baş verənləri ənənəvi "ağ-qara" qavramında gündəmə gətirir. Quzey Qafqaz proseslərini süni şəkildə iki qütbə ayırmağa cəhdlər edilir. Əslində isə çağdaş dünyada hər hansı bir barışın əldə olunma imkanları nəzəri cəhətdən hüdudsuzdur.

Bu baxışlara münasibətləri təhlil etdikdə maraqlı olan güclərin istənilən an hər hansı barış cəhdinə informasiya məkanında dağıdıcı zərbələr vurduğunu görürük. Bununla da barışın əldə olunmasında, vətəndaş cəmiyyəti qurulmasında qütbləri yaxınlaşmağa qoymaq istəməyən güclərin maraqları "ictimailəşmiş" olur.

Müxtəlif texnologiyalar tətbiq etməklə proseslər daim böhran həddində saxlanır. "Savaş partiyası"nın iştahı hüdudsuzdur. Yüz minlərcə insanın ağır həyat tərzi hesabına savaşın daha da gəlirli bir məşğuliyyətə çevrilməsində onların maraqlı olduqları açıq görünür.

Qəribə burasıdır ki, beynəlxalq qurumlar Quzey Qafqazla bağlı hər hansı təşəbbüs göstərməyə tələsmir. Bu laqeydlik isə bölgədə vətəndaş cəmiyyətinin qurulması, barış təşəbbüslərinin inkişaf etdirilməsi yönündə atılan ciddi addımların mənasız olması qənaəti formalaşdırır. Qərb tərəfindən dumanlı bir şəkildə irəli sürülən təşəbbüslər çox zaman bölgədə mənasız bir cəhd kimi qəbul olunur.

Neft maqnatları və "savaş partiyası"

1994-cü ildə ABŞ və Avropa çevrələri Qafqazda ümumi prosesləri təhlil edərək "ortaq neft bazarı" yaradılması təşəbbüsü ilə çıxış etmişdilər. Belə ki, Azərbaycan, Dağıstan və Çeçenistan, eləcə də Xəzər hövzəsi dövlətlərinin neft yataqlarının birlikdə istismarı, dünya bazarına çıxarılması istiqamətində gündəmə bir sıra ciddi layihələr gətirilmişdi.

O zaman "qara bazar" prinsipi əsasında daha çox mənfəət əldə etməyə önəm verən mafiyalar birinci rus-çeçen müharibəsini alovlandırmaqla bütün bu təşəbbüslərin üstündən qara xətt çəkdilər.

Bunun ardınca "qeyri-sabit və biznes üçün riskli olan Qafqaz" anlayışı yarada bildilər. İndinin özündə belə həmin siyasət davam etdirilməkdədir. "Qafqaz İslam Əmirliyi"nin elan olunması, radikal təmayüllü məzhəb və təriqətlərin inkişaf etdirilməsi həmin siyasətin məntiqi davamı kimi dəyərləndirilir.

Qərbin strateji araşdırma mərkəzlərinin tədqiqatlarında açıq şəkildə qeyd olunur ki, Quzey Qafqazda neftlə zəngin olan Çeçenistandakı radikal silahlı birləşmələrin əsas maliyyə dəstəyi "qara bazar"da neft hesabına milyardlar qazanan maqnatlara məxsus şirkətlər vasitəsilə həyata keçirilir. Quzey Qafqazdakı savaşın gizlinlərini məhz burada aramaq lazımdır. Bunun əzabını isə bu diyarın xalqları çəkir.

Qəribədir ki, Rusiya hüquq-mühafizə orqanları həmin neft maqnatları barədə cinayət suçluları kimi axtarış elan etməkdə həvəsli görünmür. Digər tərəfdən, Qafqaz problemlərinin həllində Qərb Rusiya ilə açıq qarşıdurmalardan ehtiyat edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Bölmənin digər xəbərləri
 
Nazirlər cəbhədə baş verənləri müzakirə ediblər
Davudoğlunun Məmmədyarov ilə telefon danışığı olub

"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"
Regionda gərginliyin artacağı proqnozlaşdırılır

Nizami Cəfərov: "Atatürkçülük istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir"
Atatürk Mərkəzinin rəhbəri Türk Dünyasının dağınıq halından məyusdur

"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"
Statusun bu tezliklə müəyyənləşəcəyi inandırıcı görünmür

Qonşu qonşuya baxar...
Baxırıqmı? Hər halda, Gürcüstana baxsaq, pis olmaz



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər