Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Nazirlər cəbhədə baş verənləri müzakirə ediblər
Nazirlər cəbhədə baş verənləri müzakirə ediblər
Davudoğlunun Məmmədyarov ilə telefon danışığı olub
Şənbə, 12.09.2009

Cəsur Məmmədov mətn ölçüsü  

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Elmar Məmmədyarov arasında növbəti telefon danışığı olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu Ankarada jurnalistlərə açıqlamasında sentyabrın 10-da İordaniyaya səfəri sırasında azərbaycanlı həmkarına telefon edərək cəbhə xəttində baş vermiş və 5 erməni əsgərin ölümü ilə nəticələnmiş insident barədə məlumat aldığını deyib.

Nazir bildirib ki, Elmar Məmmədyarov hadisənin bütün detallarını ona danışıb: "Bu, bizi üzən bir olaydır. Amma keçmişdə də belə hadisələr baş verib".

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə APA-ya bildirib ki, nazir Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefon danışığında təmas xəttində belə hadisələrin hər gün baş verdiyini deyib: "Belə atışmalar nəticəsində hərbçilər və dinc əhali zərər çəkir. Nəzərə alsaq ki, işğal edilmiş ərazilərdə dinc əhali yoxdur, o zaman atəşkəs rejiminin pozulmasından zərər çəkənlər dinc azərbaycanlılardır. Buna görə də bu münaqişəyə bu gün dondurulmuş münaqişə demək olmaz. Münaqişə kifayət qədər ciddi durumdadır. Bunu gündəlik baş verən atışmalar da sübut edir".

Azərbaycan Müdafiə Nazirliyi isə sentyabrın 10-da səhər Ağdam rayonunda qeyri-rəsmi məlumatlara görə, bir neçə erməni hərbçinin öldüyü və bir Azərbaycan əsgərinin yaralandığı toqquşma barədə məlumatı heç cür şərh etmir.

Öz növbəsində erməni tərəfi bu məlumatı təkzib edərək bunu təxribat və dezinformasiya adlandırıb. Həmçinin Ermənistan tərəfi iddia edir ki, Azərbaycan KİV-i ötənilki rus-gürcü müharibəsi zamanı öldürülmüş gürcünün şəklini erməni əsgəri kimi təqdim ediblər. Ermənistan Müdafiə Nazirliyi mətbuat katibinin sözlərinə görə, vesti.az saytı əvvəllər RF Kommunist Partiyasının www.kprf.ru saytında olan şəkli yerləşdirib.

"Turan" agentliyi bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin belə sakitliyi təəccüb doğurur, çünki bu olay 2008-ci ilin mart ayında Qarabağın şimalında, Həsənli kəndi yaxınlığında baş vermiş döyüşdən sonra ən ciddi hadisədir.

Ermənilərin məlumatına görə, o zaman azərbaycanlılar 8 nəfər itirib. Ancaq Azərbaycan tərəfi itkilərin sayını təkzib etdi, döyüşün baş verdiyini etiraf edərək erməni tərəfinin ağır itki verdiyini söylədi.

"Əgər KİV-in dünən Ağdam rayonundakı döyüş barədə məlumatı həqiqətə uyğun deyilsə, onda ən azı buna qiymət verilməlidir", - deyə "Turan" bildirir.

Dünən isə Tərtər istiqamətində erməni tərəfinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində daha bir əsgərimiz yaralanıb. Bu, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində son həftə ərzində yaralanan 3-cü əsgərimizdir. O, Ağdamın N saylı hospitalına yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Onun üçün A (II) RN (-) mənfi qan axtarılır.

Yeri gəlmişkən, dünəndən Türkiyənin siyasi dairələrində "erməni açılımı" ilə bağlı müzakirələr başlayıb. Əhməd Davudoğlu Ermənistanla paraflanan protokollarla bağlı 6 həftəlik daxili məsləhətləşmə prosesi çərçivəsində ölkə parlamentinin sədri Mehmet Əli Şahinlə görüşüb. Onun gələn həftə müxalifət partiyalarının liderləri ilə bir araya gələcəyi gözlənilir.

Artıq Davudoğlunun Ermənistanla paraflanan protokollarla bağlı daxili siyasi məsləhətləşmələr çərçivəsində Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə görüşmək istəyi qəbul olunmayıb. MHP Əhməd Davudoğlunun görüşlə bağlı təklifini rədd edib.

Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal isə Əhməd Davudoğlu ilə görüşə razılıq verib. Görüş sentyabrın 15-də olacaq.

Xatırladaq ki, MHP və CHP Ermənistanla imzalanan protokolların parlamentdə ratifikasiyasının qəti əleyhinə çıxır. Hər iki siyasi qüvvə bu sənədlərin milli mənafelərə və Azərbaycanın maraqlarına zidd olduğunu bildirir.

Davudoğlu ayın sonunda BMT Baş Assambleyasının toplantısı və Türkiyə Böyük Millət Məclisinin payız sessiyası başlamazdan əvvəl siyasi partiya rəhbərləri ilə görüşləri başa çatdırmağı planlaşdırır.

Türkiyə və Ermənistanın sentyabrın 1-də əldə etdikləri razılaşmaya görə, 6 həftəlik siyasi müzakirə prosesindən sonra razılaşdırılmış protokollar hər iki ölkənin parlamentlərinə göndəriləcək və təsdiq prosesi başlayacaq.

Türkiyə və Ermənistan arasında əldə olunan razılaşmaya görə, siyasi müzakirə prosesi 6 həftəyə başa çatmalıdır. Yəni 14 oktyabrda keçiriləcək Türkiyə - Ermənistan futbol qarşılaşmasınadək proses başa çatmalıdır. Xarici İşlər Nazirliyi proseslə bağlı tarix də müəyyənləşdirib. Bu tarixə görə, Davudoğlunun hədəfi əldə olunan razılaşmanı bu ayın sonuna qədər müxalifətlə müzakirə etməkdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə ABŞ-a səfər edəcək. O, BMT Baş Assambleyasının 64-cü sessiyasında iştirak edəcək. Nazir sentyabrın 21-dən 27-dək Nyu-Yorkda olacaq. Sessiyada çıxışı, sessiya iştirakçıları ilə çoxsaylı görüşləri nəzərdə tutulub. Elmar Məmmədyarovun ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Robert Bratke ilə tanışlıq görüşü keçirəcəyi də istisna deyil.

Sessiya çərçivəsində isə GUAM üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, "GUAM+ABŞ", "GUAM+Yaponiya" və "GUAM+Polşa" formatında görüşlərin keçiriləcəyi gözlənilir.

BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"
Regionda gərginliyin artacağı proqnozlaşdırılır

Nizami Cəfərov: "Atatürkçülük istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir"
Atatürk Mərkəzinin rəhbəri Türk Dünyasının dağınıq halından məyusdur

"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"
Statusun bu tezliklə müəyyənləşəcəyi inandırıcı görünmür

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası
Bütün bunların arxasında nələr durur?

Qonşu qonşuya baxar...
Baxırıqmı? Hər halda, Gürcüstana baxsaq, pis olmaz



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər