Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Müflisləşmə haqda qanun istifadəsiz qalıb
Müflisləşmə haqda qanun istifadəsiz qalıb
Baxmayaraq ki, banklara borcunu qaytara bilməyənlər kifayət qədərdir
Şənbə, 12.09.2009

Banu mətn ölçüsü  

Rusiyada banklara borcunu qaytara bilməyən şəxslər özlərini müflis elan etməklə, bu borclardan yaxalarını qurtara biləcəklər. Ekspertlərə inansaq, Rusiyada hazırlanan qanun layihəsi ölkə vətəndaşlarına həyatlarını yenidən qurmaq imkanı verməlidir. Rusiya hökuməti fiziki şəxslərin müflisləşməsi barədə qanun hazırlayıb. Qanunda nəzərdə tutulur ki, banklara 50 min rubldan, yəni təqribən 1500 dollardan artıq borcu olanlar borcdan qanuni şəkildə yaxa qurtara biləcəklər. Şəxs müflis elan olunandan sonra onun borcu ya 5 il müddətinə uzadılır, ya da müsabiqə yolu ilə silinir.

Rusiyada müflisləşmə qaydası yalnız hüquqi şəxslərə, yəni şirkətlərə aiddir. Adi şəxslər isə borcdan yalnız ölümlə qurtara bilər. Borcu olan şəxs öləndə onun borcu varislərinə keçir. Hərçənd Avropa və Amerikada fiziki şəxslərin müflis elan olunma qaydası çoxdan var. Bu qaydalara görə, fiziki şəxs özünü müflis elan edəndə, onun evi və yaşamaq üçün zəruri olan əmlakı özündə qalır. İndi Rusiyada hazırlanan qanun layihəsinə görə, kiminsə banka 1500 dollardan artıq borcu varsa və onu yarım il ərzində ödəyə bilmirsə, özünü müflis elan etmək üçün məhkəməyə üz tuta bilər. Eyni zamanda, bu barədə elan dərc olunmalıdır. Məhkəmənin qərarı ilə həmin şəxsin borcu 5 il müddətinə uzadıla bilər.

Amma vətəndaşların bu qaydalardan sui-istifadə edib borclardan yayınmaması üçün adamlar özlərini 5 ildə yalnız bir dəfə müflis elan edə bilərlər. Əgər borcun müddətini uzatmaq mümkün olmursa, yəni vətəndaşın gəlirləri buna imkan vermirsə, onun əmlakı hərraca çıxarılır. Amma hətta bu halda da vətəndaşın yeganə evini və ya torpaq sahəsini əlindən almaq olmaz. Əgər bunlar girov qoyulmayıbsa.

Bundan başqa, borclunun əlindən ev əşyalarının və pul qazandığı vasitələrin alınmasına da imkan verilmir.

REKLAM

Məsələn, borcu olan şəxs taksi sürücüsüdürsə, onun əlindən taksini almaq olmaz və s. Yeri gəlmişkən, bu qanun vətəndaşın alimentdən başqa bütün borclarının, o cümlədən vergi öhdəliklərinin müddətini də uzatmağa imkan verir. Yeganə problem odur ki, banklar bu qanunun qəbuluna mane ola bilər. Amma ekspertlər bildirir ki, banklar bu vəziyyətlə razılaşmalıdır. Çünki məhz onların müştərini yaxşı qiymətləndirmədiyi hər iki tərəf üçün problemlər yaradıb.

Azərbaycanda da banklara kifayət qədər borcu olanlar var. Təsadüfi deyil ki, artıq yerli bankların qara siyahısı da mövcuddur ki, bura kredit borclarını ödəməyənlər və ya ödənişində müəyyən problemlər yaradan insanların adları daxildir. Amma nədənsə, bizdə özünü müflis elan edərək borclardan qanuni yolla yaxa qurtarmağa çalışanlar yoxdur. Məlumat üçün bildirək ki, 1997-ci ildə ölkəmizdə qəbul olunmuş "Müflisləşmə və iflas haqqında" qanun var. Bu qanun ödəmə qabiliyyəti olmayanların müflisləşmə prosedurunu müəyyən edir. Amma hələlik bu qanundan istifadə geniş yayılmayıb. Hüquqşünasların söylədiklərinə görə, buna səbəb qanun barədə məlumatın azlığı və qanunun məhz hansı münasibətləri tənzimləməsi məsələsinin dəqiq olmadığıdır. Hərçənd bu qanun biznesdə ortaya çıxan bəzi problemləri qanunla həll etməyə imkan verə bilər.

İki ay müddətində borcunu qaytara bilmirsənsə, demək, ödəmə qabiliyyətin yoxdur və özünü müflis elan edə bilərsən. "Müflisləşmə və iflas haqqında" qanuna görə borclarını ödəyə bilməyən şəxs məhkəməyə müraciət edib, özünü müflis elan edə bilər. Qanunla bunun iki yolu var. Borcu qaytarmaq üçün ya pulun olmalıdır, ya da əmlakın. Vətəndaşın pulu yoxdursa və kreditordan qaçırsa, bu düzgün addım deyil. Nə vaxta qədər qaçmaq olar ki?.. Sadəcə, qanun əgər buna imkan verirsə, həmin şəxs müflisdir, iflas prosesini başlaya bilər.

Müflis elan olunmaq üçün məhkəməyə müraciət edən şəxs bu barədə azı iki dəfə mətbuat vasitəsində elan verməlidir. Amma hüquqşünaslar bildirir ki, 1997-ci ildə qəbul olunmuş qanunda bəzi çatışmazlıqlar var. Qanuna görə, müəssisənin borcları onun nizamnamə fondundan 10 faizdən çox olsa, o, müflisləşmə prosesinə başlaya bilər. Məsələn, indi kifayət qədər tanınan və milyonlarla manat dövriyyəsi olan məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə fondu 50-100 manatla ölçülür. Belə çıxır ki, həmin müəssisənin 15 manatlıq problemli borcu olsa, onun müflisləşmə qorxusu var.

Müflisləşmə prosesini özü başlaya bilən hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlarda, yəni fiziki şəxslərdə bu barədə məhkəmə qərarı olmalıdır. Fiziki şəxsin öz borclarını ödəyə bilmədiyi məlum olandan sonra isə məhkəmə işə qarışır. Məhkəməyə müraciət etdikdən sonra onun öz əmlakı üzərində sərəncam vermək səlahiyyətləri dayandırılər və yaxud keçir müvafiq məhkəmə tərəfindən müəyyən olunmuş əmlak inzibatçısına. Yəni həmin şəxs başlayır onun əmlakını idarə etməyə. Həmin əmlakın satılmasından borcların ödənilməsinə kimi.

Amma bir həqiqət də var ki, müflisləşmənin yaratdığı imkanlardan fırıldaqçılar da faydalanmaq istəyirlər. Hətta pulu olan da özünü müflis elan etməklə borcdan yaxa qurtarmağa çalışa bilər. Məsələn, ola bilsin, hansısa şəxs gizlədir əmlakını, göstərmir. Hər bir şəxs onu deyə bilər ki, mən müflisəm, pulum yoxdur. Azərbaycanda çox rast gəlinən haldır ki, əmlak həqiqi şəxsin adında deyil, başqa şəxsin adına ola bilər. Əslində isə həmin şəxsin hər şeyi var. Belə halda şəxsin doğrudan da pulu qaytara bilmədiyini, yoxsa borcluları aldatdığını məhkəmə aydınlaşdırmalıdır. Amma heç müflisləşmə də bəzən bütün problemləri həll etmir. Əvvəla, borcu olan şəxs bəzi ödənişləri, məsələn, alimenti hökmən ödəməlidir, bundan başqa, kimsə götürdüyü kreditə görə əmlakını girov qoyubsa və krediti qaytarmırsa, istənilən halda onun əmlakı əlindən çıxacaq.

Əlbəttə, Azərbaycan bankları müflisləşmə haqqında qanundan və onun imkanlarından yaxşı xəbərdardır. Qanunun geniş tətbiq olunmamasının səbəbi əhalinin bu barədə məlumatsız olması və müflisləşmə prosedurunun mürəkkəbliyidir. Həm də kreditlərin çoxu girovla verildiyinə görə, onsuz da pul qayıtmasa, girov banka keçəcək. O ki qaldı fiziki şəxslərə, bununla bağlı qanunda bəzi boşluqlar olduğuna görə qanun tam mənada işləyə bilmir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Arılar qoruqda yerləşdirilə bilər

Uşağı, qadını, zəifi döymək...

Bölmənin digər xəbərləri
 
Neftin qiyməti yenə də qalxarsa...
Bu, yerli bazarda qiymət artımına təsir etməz. Çünki bizdə qiyməti inhisarçılar müəyyən edir

Yerli müəssisələrin səhmləri ucuzlaşıb
Qiymətlərin gələn il bahalaşacağına proqnoz verilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər