Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Boks yığmasına Kubadan mütəxəssis gətiriləcək
Boks yığmasına Kubadan mütəxəssis gətiriləcək
Görünür, boksu dirçəltməyin başqa yolu qalmayıb
Şənbə, 12.09.2009

Kərim Nəsrullah mətn ölçüsü  

İtaliyanın Milan şəhərində keçirilən boks üzrə dünya çempionatı Azərbaycan boksçuları üçün çox uğursuz olub. Rinqə çıxan 10 boksçumuzdan heç biri birinciliyin mükafatçıları sırasına düşə bilməyib. Son dörd dünya çempionatında Azərbaycan idmançıları ilk dəfə yarışı medalsız başa vurublar. Ən pisi də odur ki, boksçularımızın əksəriyyəti yarışların ilkin mərhələsində, özü də böyük hesabla uduzaraq mübarizəni dayandırmalı olublar.

Azərbaycan yığması çempionatda 10 boksçu ilə təmsil olunub: Elvin Məmişzadə (48 kq), Nihat Seyidov (51 kq), Rahim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Ruslan Qasımov (60), Ramal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq), Fərid Ağayev (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq).

Milanda, dünya çempionatındakı uğursuzluq beynəlxalq səviyyədə az-çox tanınan Azərbaycan boksunun imicinə zərbə vurub. Halbuki lap yaxın dövrlərədək Azərbaycan beynəlxalq arenada həvəskar boksun inkişaf etdiyi ölkələrdən biri sayılırdı. Odur ki, dünya çempionatı kimi səviyyəli yarışda ən güclü boksçularımızın "qapazaltı" olmaları çox böyük narahatlıq doğurur.

Azərbaycan boksçularının son dünya çempionatındakı çıxışını izlədikdən sonra bu qənaətə gəlmək olar ki, bizdə yığma komanda mövcud deyil, sadəcə, kollektivdə ayrı-ayrılıqda babat boksçular var. Doğrudur, Milana yollanan budəfəki kollektivin heyətində gənc və beynəlxalq yarış təcrübəsi olmayan boksçular da vardı. Amma bu o demək deyil ki, boksçularımız rəqiblərinə böyük hesabla uduzmalıdırlar.

Onu da nəzərə almaq lazımdır ki, London Olimpiadasına 3 il qalıb və boksçuları qarşıda lisenziya yarışları gözləyir. Deməli, yaxın gələcəkdə boksçularımız ən yüksək səviyyəli yarışlarda öz sözlərini deməyə hazır olmalıdırlar.

Bu uğursuzluqdan sonra komandanın məşqçilər korpusunda ciddi dəyişikliklər qaçılmazdır. Milli Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də komandada ciddi islahatların olacağını istisna etmir. "azerisrort.com" saytına açıqlama verən Ağacan Əbiyev boksçulamızın belə zəif çıxış edəcəklərini gözləmədiyini deyib: "İnanırdım ki, Amanov, Məhərrəmov və Əlizadə medallar uğrunda mübarizə aparacaqlar. Onlar ümidləri doğrultmadılar. Odur ki, yuxarı çəki dərəcələrində yığmaya legioner boksçular cəlb etməyi planlaşdırırıq. Eləcə də, baş məşqçi postuna Kubadan mütəxəssis gətirmək niyyətindəyik. İndiki baş məşqçi Nəriman Abdullayev də yığmada qalacaq, amma baş məşqçi əcnəbi olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda Ali İnspeksiya İdarəsi yaradılır

Bölmənin digər xəbərləri
 
İrəvanda Azərbaycan bayrağı dalğalandı
Cüdoçumuz Avropa çempionatının gümüş medalını qazandı

Ən uğursuz mərhələ
Rəsmi oyunda son qələbəmiz 2007-ci ildə qazanılıb

Dünya çempionatından iki medal
Yaponiyanın Mie şəhərində bədii gimnastika üzrə dünya çempionatı keçirilir.

AFFA "Fənərbaxça" ilə müqavilə bağladı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Türkiyənin "Fənərbaxça" klubu arasında mövcud müqavilənin imzalanması haqqında protokol imzalanıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər