![]() |
çap et |
|
|||
Madonna dünya turu çərçivəsindəki konsertlərinin birində xoşagəlməz hadisə ilə üzləşib. Xarici mətbuatın yazdığına görə, 51 yaşlı müğənni "Noliday" mahnısını ifa edən zaman səhnənin mərkəzində huşunu itirərək yıxılıb. Sənətçinin cangüdənləri dərhal onu götürüb səhnə arxasına aparıblar. Ərazidə olan tibbi yardım maşını hadisə yerinə yaxınlaşaraq Madonnaya yardım göstərib.
Konserti izləyən 50 mindən çox tamaşaçı Madonnanın vəziyyətinə acıyaraq, onun qayıdışını səbirsizliklə gözləyiblər. Bir neçə saat davam edən fasilədən sonra sükut pozulub. Həkimlərin etirazına məhəl qoymayan Madonna özünü yaxşı hiss etdiyini bildirib və yenidən səhnəyə qayıdıb. Ona göstərilən tibbi yardımın sayəsində repertuarını davam etdirən müğənni tamaşaçılarının narahatlığına son qoyub. Xəbərdə bildirilir ki, ürəkgetmənin səbəbini araşdırmaq məqsədi ilə həkimlər konsert bitdikdən sonra onu xəstəxanaya aparıblar. |