Mən öz dastanımı yazıb gəlmişəm
 |
Kitab Sərgi-Yarmarkasında Zəlimxan Yaqubun iki kitabına təqdimat keçirildi
Şənbə, 12.09.2009
|
|
Bakıda bu günlərdə davam edən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ikinci günündə Xalq şairi Zəlimxan Yaqubun iki kitabının təqdimatı keçirildi. Konfrans zalındakı qələbəlik onun personasına böyük marağın ifadəsi idi. Bu iki kitab - şairin "Mən öz dastanımı yazıb gəlmişəm" adlı yeni şeir toplusu ("Elm və təhsil" nəşriyyatı) və "Millətdə, dövlətdə, sənətdə" publisistik materiallar toplusu ("Nağıl evi" nəşriyyatı") idi və bu yaxın günlərdə nəşr olunmuşdur. Bu iki kitabın nəşrinin təşəbbüsçüsü Mədəniyyət və Turizm Nazirliyi idi.
Qeyd edək ki, birinci kitaba şairin son illərdə yazdığı poetik örnəklər daxil edilmişdir. Bu şeirlərdən bir çoxu son illərdə mətbuat səhifələrində dərc olunmuşdu, bir hissəsi isə ilk dəfə işıq üzünə çıxarılır.
İkinci kitabda isə şairin Azərbaycan ədəbiyyatında yaxşı tanınan isimlər barədə çıxışları, sənət adamlarına açıq məktubları, xatirələri, kitablara yazdığı ön sözlər, türklüyün saz-söz sənəti ilə bağlı fikirləri yer alır. Kitab özünün adlar diapazonunun genişliyi ilə diqqəti cəlb etdi.
Parlamentin Mədəniyyət Komitəsinin sədri, görkəmli filoloq alim Nizami Cəfərov öz çıxışında bildirmişdir ki, Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatında, poeziyasında böyük rolu var və bunu onun poeziyası ilə tanış olan hər kəs bilir. Digər çıxışlarda da Zəlimxan Yaqubun yaradıcılığı barədə müsbət fikirlər səsləndirildi. Özü isə bu günün onun üçün böyük önəm daşıdığını söylədi. Hər halda, onun yaradıcılığına belə böyük qiymət Beynəlxalq Kitab Sərgi-Yarmarkasında verilirdi.
Əlavə edək ki, dünən sərginin konfrans zalında "Azərbaycanın qayaüstü incəsənəti" kitabının da təqdimatı keçirildi. Kitabın müəllifi Qobustan Qoruğunun direktoru Məlahət Fərəcovadır.
|
|
|
Oxşar xəbərlər:
Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu
|
|
Bölmənin digər xəbərləri
"Uça-uça gələrəm, bircə Allah yol verəydi"
O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir.
|
Kişi sənətçilərin çoxu hərbi xidmətdə olmayıb
Onlar silaha deyil, mikrofona daha bərk sarılıblar
|
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Deyir ki, Tanrı özü onu gözəl yaradıb
|
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Sentyabrın 17-25-də ölkə musiqi ilə nəfəs alacaq
|
"Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq"
Hadisənin adından yazılan xəbərə aydınlıq gəldi
|
Qeyri-maddi mədəni irsin dəstəklənməsi üzrə monitorinq başlanıb
Yekunda konsepsiya, proqram və layihə hazırlanacaq
|
Kitabların və yazarların sərgiləndiyi gün
İsa Muğanna da oxucuların qarşısına çıxmışdı
|
Nüşabə Ələsgərli dirijorluq edəcək
Bu dəfə mikrofonu yerə qoyur
|
Sənətçilər "Röya"ya etiraz ediblər
Jurnalın baş redaktoru işdən uzaqlaşdırılıb
|
XI "Şərq-Qərb" Kino Festivalı gələn həftə başlayır
Tədbirin proqramı genişlənib
|
Suğra Bağırzadə: "Qızıl güllə işləmək çox maraqlıdır"
Rəssam Malayziyadan floristlərin sammitindən qayıdıb
|
Hülya Avşar nikahını yenidən təzələyir
Aktrisa köhnə sevgilisi ilə yollarını birləşdirib
|
"Mənim adımdan heç kim şərh verə bilməz"
Hadisə Açıqgöz fikirlərinin təhrif olunduğunu deyir
|
Madonna səhnədə huşunu itirdi
İlk tibbi yardımdan sonra yenidən səhnəyə qayıdıb
|
Vəhid Qəzvini divanı çap edilddi
XVII yüzilin görkəmli dövlət xadimi, şairi və tarixçisi, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin azərbaycanca şeirlər toplusu nəşr olundu.
|
Masallıda yeni arxeoloji tapıntılar
Masallı ərazisində son tunc-dəmir dövrünə aid maddi mədəniyyət abidələri aşkarlanıb.
|
"Əsli və Kərəm"in partiturası hazırlanır
Azərbaycanın ilk muğam operalarından biri olan Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" əsərinin partiturası hazırlanır.
|
Kino Gününə - "Azərbaycan xalçaları"
Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək.
|
Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir
Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır.
|
|
|