Suğra Bağırzadə: "Qızıl güllə işləmək çox maraqlıdır"
 |
Rəssam Malayziyadan floristlərin sammitindən qayıdıb
Şənbə, 12.09.2009
|
|
Onu hamı 1959-cu ildə SSRİ-də, Moskvanın Böyük Akademik Teatrında Qəmbər Hüseynlinin "Cücələrim" mahnısı ilə çıxış edəndə tanıdı. O zaman o, iri yaşıl gözləri, uzun hörükləri olan bir qızcığaz idi. Və Mayestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə çıxış edən bu balaca qızı çıxışdan sonra Moskva publikası üç dəfə səhnəyə geri çağırıb. Onun ifasında "Cücələrim" mahnısı doğma Azərbaycanın hüdudlarından kənarda da çox eşidilib. "Cücələrim" o dövrdə əsl hitə çevrildi, bu qız isə "Dünyanın ən gözəl səsləri" albomuna daxil oldu. Söhbət Əməkdar incəsənət xadimi Suğra Bağırzadədən gedir.
Suğra Bağırzadə bu gün ixtisasca mühəndisdir, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Bir vaxt "Ulduz" filmində Yetəri oynayıb. Bundan başqa ən azı 10 filmdə çəkildi. Hazırda isə "Azərbaycanfilm" kinostudiyasında texniki şöbənin böyük mühəndisi vəzifəsində işləyir. Kino karyerasında durğunluq yarananda isə güllərə üz tutdu. Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçdi. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrəti gətirdi.
Suğra Bağırzadə təbii materiallar üzərində iş zamanı özünəməxsus metodikadan istifadə edir. Kompozisiyaların yaradılması üçün təbii güllər, ağac kökləri, saman və digər bitki materiallarından istifadə olunur. Onlar poliviasetat yapışqan əsasında hazırlanmış qarışıqla emal olunur. Güllərin son qurudulması hazır kompozisiyada baş verir.
Bəzi bitkilər ilkin işləmə zamanı öz təbii rənglərini itirir, buna görə də onların bərpası üçün xüsusi yağlı boyalardan, temprdən və akvareldən istifadə olunur. Rəsmlərin əsasını faner, DSP, kətan, kağız, qum, duz təşkil edir. Bəzən kompozisiyaların tamlığını göstərmək üçün fon boyalarla işlənir.
Onun gözəl rəsm əsərləri var, onlar poetik adlar daşıyır. "Bəyaz gecələr", "İtməyən gözəllik", "Səmaya doğru", "Qu gölü", "Qızılgül və mirvari", "Yasəmənli buludlar", "Səhrada həyat"... Onun əlləri bu gözəl güllərə ikinci həyat bəxş edir.
- Xoş gördük, Suğra xanım! Səhv etmirəmsə, bizim üçün şad xəbəriniz var. Sammitlərdə iştirakınız davam edirmi?
- Bəli, mən 2003-cü ildən Floridada yerləşən Ümumdünya Floristlər Sammitinin üzvüyəm. Bu floristlər birliyinin üzvləri mənim əl işlərimi internetdə görmüşdülər. 2004-cü ildə Latviyanın paytaxtı Riqa şəhərində bu birliyin sammiti keçirilirdi. Mən də bu sammitdə öz fərdi sərgimlə çıxış etməyə dəvət olunmuşdum. Həmin sərgimdə mən iki sertifikatla "Floristikada yeni və peşəkar istiqamət"lə təltif edildim. Bu mənim üçün işlərimin qəbul olunması idi. Ondan sonra məni bütün sammitlərə dəvət edirlər. Çalışıram ki, imkan dairəsində onlarda iştirak edim. 2007-ci ildə Fransanın Nitsa şəhərində keçirilən sammitdə iştirak etdim və bir daha iki sertifikatla təltif olundum.
Bu yaxınlarda - avqustun 29-dan sentyabrın 4-dək Malayziyada keçirilmiş sammitdə də iştirak etdim. Sammitdə master-klasslar, fərdi sərgilər keçirildi. Fərdi sərgimdə 30-a yaxın rəsm əsərinin nümayiş olunmasına baxmayaraq, bu dəfə özümlə cəmi iki iş aparmışdım, çünki onları hava limanında baqaja vermək çətinlik törədir. Bu sammitə 27 ölkə daxildir. Azərbaycan bu sammitdə yeganə türkdilli ölkə kimi iştirak edir. Hər dəfə hansısa ölkəyə səfər edəndə özümlə milli şirniyyatlarımızı aparıram. Qeyd edim ki, xaricilər xüsusilə şəkərbura və paxlavanı çox sevirlər. Bundan başqa, özümlə çoxlu bukletlər və kitablar da aparıram.
- Bəs bu sammitin Azərbaycanda keçirilməsi nə qədər mümkündür? Maraqlı olardı, məncə.
- Bu mənim arzumdur. Bu sammitin Azərbaycanda keçirilməsi üçün iki il öncə tələbnamə verməliyik. Ümid edirəm ki, yuxarı təşkilatlar bu işdə mənə dəstək olarlar.
- Maraqlıdır, floristika başqa üslublardan nə ilə fərqlənir?
- Floristlər öz incəsənət əsərlərini təbii güllərdən hazırlayır. Və mən sammitdə yeganə iştirakçıyam ki, güllərdən rəsm əsərləri yaradıram. İş prosesində əsas şərt odur ki, güllər təravətli, yeni açılmış olsunlar. Qızıl güllə işləmək çox maraqlıdır. Bu, yeganə güldür ki, onunla işləsən, gül mütləq açılmış vəziyyətdə olmalıdır. Bir də qızıl gül müqəddəs gül hesab olunur. Və bu gül hər zaman mənim üçün yaradıcılıq və təmizlik simvolu olub. Ağ və qızılı rənglər müqəddəs Məkkənin rəngləridir.
Sözsüz ki, düzgün fon seçmək üçün, rəsm əsərinin diri görsənməsi üçün xeyli zaman və səbat tələb olunur. Deyilənə görə, mən bunları başardım və sevimli məşğuliyyətim yaradıcılığa çevrildi.
|
|
|
|
|
|
Bölmənin digər xəbərləri
"Uça-uça gələrəm, bircə Allah yol verəydi"
O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir.
|
Kişi sənətçilərin çoxu hərbi xidmətdə olmayıb
Onlar silaha deyil, mikrofona daha bərk sarılıblar
|
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Deyir ki, Tanrı özü onu gözəl yaradıb
|
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Sentyabrın 17-25-də ölkə musiqi ilə nəfəs alacaq
|
"Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq"
Hadisənin adından yazılan xəbərə aydınlıq gəldi
|
Qeyri-maddi mədəni irsin dəstəklənməsi üzrə monitorinq başlanıb
Yekunda konsepsiya, proqram və layihə hazırlanacaq
|
Kitabların və yazarların sərgiləndiyi gün
İsa Muğanna da oxucuların qarşısına çıxmışdı
|
Nüşabə Ələsgərli dirijorluq edəcək
Bu dəfə mikrofonu yerə qoyur
|
Sənətçilər "Röya"ya etiraz ediblər
Jurnalın baş redaktoru işdən uzaqlaşdırılıb
|
XI "Şərq-Qərb" Kino Festivalı gələn həftə başlayır
Tədbirin proqramı genişlənib
|
Mən öz dastanımı yazıb gəlmişəm
Kitab Sərgi-Yarmarkasında Zəlimxan Yaqubun iki kitabına təqdimat keçirildi
|
Hülya Avşar nikahını yenidən təzələyir
Aktrisa köhnə sevgilisi ilə yollarını birləşdirib
|
"Mənim adımdan heç kim şərh verə bilməz"
Hadisə Açıqgöz fikirlərinin təhrif olunduğunu deyir
|
Madonna səhnədə huşunu itirdi
İlk tibbi yardımdan sonra yenidən səhnəyə qayıdıb
|
Vəhid Qəzvini divanı çap edilddi
XVII yüzilin görkəmli dövlət xadimi, şairi və tarixçisi, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin azərbaycanca şeirlər toplusu nəşr olundu.
|
Masallıda yeni arxeoloji tapıntılar
Masallı ərazisində son tunc-dəmir dövrünə aid maddi mədəniyyət abidələri aşkarlanıb.
|
"Əsli və Kərəm"in partiturası hazırlanır
Azərbaycanın ilk muğam operalarından biri olan Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" əsərinin partiturası hazırlanır.
|
Kino Gününə - "Azərbaycan xalçaları"
Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək.
|
Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir
Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır.
|
|
|