Kitabların və yazarların sərgiləndiyi gün
 |
İsa Muğanna da oxucuların qarşısına çıxmışdı
Şənbə, 12.09.2009
|
|
Sentyabrın 10-dan paytaxt Bakı eyni vaxtda iki mədəniyyət tədbirinə ev sahibliyi etdi. Əl Oyunları Sarayında III Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi, Muzey Mərkəzində isə I Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı. Hər iki sərgi üç gün davam edəcəkdir. Amma bu iki önəmli tədbirin eyni günə salınmış olmasının özü bir az qəribə görünürdü və əgər, onlar fərqli günlərə təyin edilmiş olsaydılar, hər ikisi möhtəşəmlik baxımından udmuş olardı.
Təhsil və karyera sərgisinin təşkilatçılığı Böyük Britaniyanın "ITE Grour" şirkətlərinin Güney Qafqazdakı eksklüziv tərəfdaşı "Iteca Casrian"in üzərinə düşmüşdü və ona Təhsil, Gənclər və İdman nazirlikləri, Ticarət və Sənaye Palatası dəstək verirdi. Keçənilki ilə müqayisədə, bu dəfə sərgidə xeyli çox iştirakçı - dünyanın 12 ölkəsindən 53 şirkət təmsil olunurdu. Bizim ali təhsil müəssisələri, peşə məktəbləri və texnikumlar, orta məktəblər sərgidə geniş tərkibdə təmsil olunmuşdular. Xarici iştirakçılara gəldikdə, onların marağını nəzərə almaq olar: təhsil naziri Misir Mərdanov belə bir rəqəm gətirdi ki, bu gün Azərbaycandan xaricdə 10 mindən çox tələbə təhsil alır (təkcə Rusiyada 5 min). Və bu rəqəm artmaqdadır.
I Beynəlxalq Kitab Sərgi-Yarmarkasına gəlirik. Sərginin himayəçisi Mədəniyyət və Turizm Nazirliyidir. Baş nazirin müavini Elçin Əfəndiyev, nazir Əbülfəs Qarayev, Türkiyə Böyük Elçisi Hulusi Kılıç və bəzi digər səfirlər buradadır. Bizim ölkədə bu məzmunda ilk belə bir tədbirdir. Muzey Mərkəzinin qarşısındakı açılış törəni sonra daxilə köçürülür. Bütün mərtəbələr yerli və xarici nəşriyyatların və onların çap məhsullarının sərəncamına verilib. Klassik Azərbaycan xalçalarının, tarixi maddi mədəniyyət əşyalarının fonunda kitablar... Çox maraqlı bir həmahənglik yaranmışdı.
Klassik bəstəkarların əsərləri, milli musiqimizin həzin sədaları xoş ovqat yaradır.
Kimlərəsə pis cavab olmadı
Bu sərgi-yarmarka azərbaycanlıları "kitab oxumayan xalq" kimi qələmə vermək istəyənlərə də pis cavab deyildi, hər halda. Azərbaycanın 60-a yaxın nəşriyyat və poliqrafiya müəssisəsi öz məhsullarını nümayiş etdirir. O qədər də pis göstərici olmasın gərək. Müqayisə üçün: müşahidə etmiş olduğum əvvəlki sərgilərə bizim ancaq 30-a yaxın nəşriyyatımız qatılırdı. İndi ikiqat artım vardı. Bundan başqa, əvvəlki tədbirlərdə ortaya çıxarılan məhsulların poliqrafik keyfiyyətləri ilə müqayisədə böyük irəliləyiş göz önündə idi. Misal üçün, Qərb ölkələrinin məhsulları ilə "bizimkilərin" arasında poliqrafik keyfiyyət baxımından bir elə fərq sezilmirdi. Önəm bir də ondadır ki, Azərbaycan hər il beş-altı xarici ölkə sərgisinə qatılır, indi isə dünya kitab biznesinin təmsilçiləri bizim ölkəyə də təşrif buyuracaqlar.
Əbülfəs Qarayev dedi ki, tədbirin xərcini dövlət öz üzərinə götürmüşdür. Nazir belə bir rəqəm gətirdi ki, latın qrafikalı kitabların nəşri barədə Prezidentin məlum sərəncamından sonra bu günədək 10 milyon nüsxə kitab çap olunmuşdur.
İlkin təəssürat
Bakı Kitab Klubunun direktoru Elxan Rzayevin fikrini soruşuram. Deyir:
- Bu sərgi-yarmarka bizi çox sevindirdi. Niyə? Birincisi ona görə ki, Bakı Beynəlxalq Sərgi-Yarmarkası artıq beynəlxalq tədbirlər siyahısına salınıb. Ölkə Prezidenti buna öz razılığını verib. Bundan sonra bu tədbir Bakıda iki ildən bir keçiriləcək. Deyim ki, bu, çox böyük mədəniyyət uğurudur. Bir də ona görə sevindirir ki, biz Azərbaycanda kitab sərgilərinin ilk təşkilatçılarından biriyik. Bir-birinin ardınca iki sərgi keçirdik. Ondan sonra, hardasa iki il yarım əvvəl, biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik ki, bəlkə bu sərgini genişləndirək? Onlar dedilər "baxarıq". Bizim ən böyük arzu və istəyimiz Azərbaycan kitabının təbliğini beynəlxalq arenaya çıxarmaq idi. Bu gün gördünüz ki, bu istək gerçəkləşdi.
Elxan Rzayev deyir ki, özünə hörmət edən ölkələrin, demək olar, hamısında, dünyanın böyük şəhərlərində hər il yüzlərcə bu məzmunda kitab sərgi-yarmarkaları keçirilir. Məsələn, İstanbulda, Frankfurtda, Tehranda və s. Bu gün söyləyə bilərik ki, biz də kitabsevər, kitaba hörmət qoyan mədəni ölkələr sırasına rəsmən daxil olduq. İlk dəfə üçün çox uğurlu sərgi-yarmarkadır. Kitab Klubu olaraq biz Azərbaycan Prezidentinin sərəncamı əsasında çıxan dünya ədəbiyyatına aid kitabların və Azərbaycan kitablarının təbliğini aparırıq.
"Altun kitab" nəşriyyatının direktoru Rafiq İsmayılovdan sərgi-yarmarka barədə təəssüratını bölüşməyi xahiş edirik. Naşir deyir:
- Normal. Hələ üç gün davam edəcək..
|
|
|
Oxşar xəbərlər:
Rus dilindən imtina nə vəd edir?
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Kaliforniyada azərbaycanlı uşaqların sərgisi
|
|
Bölmənin digər xəbərləri
"Uça-uça gələrəm, bircə Allah yol verəydi"
O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir.
|
Kişi sənətçilərin çoxu hərbi xidmətdə olmayıb
Onlar silaha deyil, mikrofona daha bərk sarılıblar
|
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Deyir ki, Tanrı özü onu gözəl yaradıb
|
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Sentyabrın 17-25-də ölkə musiqi ilə nəfəs alacaq
|
"Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq"
Hadisənin adından yazılan xəbərə aydınlıq gəldi
|
Qeyri-maddi mədəni irsin dəstəklənməsi üzrə monitorinq başlanıb
Yekunda konsepsiya, proqram və layihə hazırlanacaq
|
Nüşabə Ələsgərli dirijorluq edəcək
Bu dəfə mikrofonu yerə qoyur
|
Sənətçilər "Röya"ya etiraz ediblər
Jurnalın baş redaktoru işdən uzaqlaşdırılıb
|
XI "Şərq-Qərb" Kino Festivalı gələn həftə başlayır
Tədbirin proqramı genişlənib
|
Suğra Bağırzadə: "Qızıl güllə işləmək çox maraqlıdır"
Rəssam Malayziyadan floristlərin sammitindən qayıdıb
|
Mən öz dastanımı yazıb gəlmişəm
Kitab Sərgi-Yarmarkasında Zəlimxan Yaqubun iki kitabına təqdimat keçirildi
|
Hülya Avşar nikahını yenidən təzələyir
Aktrisa köhnə sevgilisi ilə yollarını birləşdirib
|
"Mənim adımdan heç kim şərh verə bilməz"
Hadisə Açıqgöz fikirlərinin təhrif olunduğunu deyir
|
Madonna səhnədə huşunu itirdi
İlk tibbi yardımdan sonra yenidən səhnəyə qayıdıb
|
Vəhid Qəzvini divanı çap edilddi
XVII yüzilin görkəmli dövlət xadimi, şairi və tarixçisi, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin azərbaycanca şeirlər toplusu nəşr olundu.
|
Masallıda yeni arxeoloji tapıntılar
Masallı ərazisində son tunc-dəmir dövrünə aid maddi mədəniyyət abidələri aşkarlanıb.
|
"Əsli və Kərəm"in partiturası hazırlanır
Azərbaycanın ilk muğam operalarından biri olan Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" əsərinin partiturası hazırlanır.
|
Kino Gününə - "Azərbaycan xalçaları"
Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək.
|
Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir
Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır.
|
|
|