Mədəniyyət və Turizm Nazirliyi qeyri-maddi mədəni irsin dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqini keçirir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, monitorinqdə məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi sahələrində dövlət mədəniyyət siyasətinin əsas prioritetlərinin yenidən müəyyənləşdirilməsi, sahənin qanunvericilik, idarəetmə, maliyyələşdirilmə, informasiya, elmi-metodiki, kadr, maddi-texniki baza kimi təminat mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycan xalq tətbiqi sənəti (xalçaçılıq, kulinariya, ipəkçilik, daş oymaçılığı, misgərlik, zərgərlik, atüstü oyunlar və s.) və folklor yaradıcılığının (xalq musiqisi, xalq teatrı, xalq rəqsi, şifahi ədəbiyyat, mərasim, adət-ənənə, şəcərə və s.) dirçəldilməsi, park-klub işinin təkmilləşdirilməsi və müvafiq şəbəkənin yenidən təşkil edilməsidir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin monitorinqi mərkəzi və yerli təminat mexanizmləri üzrə aparılır. Toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilir. Monitorinq yekunlaşdıqdan sonra nəticələri nəzərə alınmaqla müvafiq konsepsiya, proqram və layihələrin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.
|