Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Deyir ki, Tanrı özü onu gözəl yaradıb
Şənbə, 12.09.2009

Şəms mətn ölçüsü  

"1969-cu ildə doğulmuşam və bu günə qədər heç bir plastik əməliyyat keçirməmişəm. Lakin plastik əməliyyat dəbə düşəndən sonra mənim də adım həmin insanlarla bir siyahıda səslənməyə başladı. Mən hansısa bir plastik əməliyyat etdirməmişəm. Bu şübhələrin yaranmasına mənim üz cizgilərim səbəb ola bilər. Üz cizgilərimin də səbəbkarları mənim valideynlərimdir" deyən əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova bildirir ki, atası və anası zahirən çox gözəl insanlardır. Onların gözəlliyi övladlarına sirayət edib:

"Bir dəfə təsadüfən Toğrul Nərimanbəyovla rastlaşdım. O uzun zamandır Parisdə yaşayır, buranın ictimaiyyəti ilə o qədər də tanış deyil. Toğrul Nərimanbəyovu proqrama dəvət etmək üçün ona yaxınlaşdım. Onun anası fransızdır və modelyer olub. O mənə baxanda birinci sözü o oldu ki, "sizin nə gözəl fakturanız var. Mən sizin mütləq portretinizi çəkməliyəm". O an onu heç bir şey maraqlandırmırdı, o sonradan bildi ki, mən Fəxriyyə Xələfovayam. Bu qədər peşəkar rəssamı plastik əməliyyatlı xanım cəlb edə bilməz. O hətta dedi ki, "mən indiyə qədər çox üzlər görmüşəm, ancaq siz heç kimə bənzəmirsiniz".

Fəxriyyə xanımın qadın ətri istehsalı ilə məşğul olduğu barədə yazmışdıq. Lakin Azərbaycanda bir çox brendlər öz mağazalarını açsalar da, Fəxriyyə Xələfova belə bir arzuya düşməzdən əvvəl onun maddi tərəfini düşünür:

"Mən də çox böyük məmnuniyyətlə butik açardım.

REKLAM

Ancaq bunun iqtisadi tərəfi var. Bunun üçün sərmayə lazımdır. Mən sponsor anlayışından yox, investisiya anlayışından danışıram. Sponsor qısamüddətli bir maddi yardımdır. Amma investisiya uzunmüddətli kapital qoyuluşudur. Mən də bu uzunmüddətli kapital qoyuluşunu gözləyirəm. Mən istəyirəm ki, brendimə uzunmüddətli investisiya olsun. İnvestisiya olmalıdır ki, 15 çeşidi istehsala buraxa biləsən. Çox istərdim ki, qızıl əşyalarım, saatlarım da istehsal olunsun. Dünyanın hər yerində belədir. Bizim ictimaiyyətin əksəriyyəti heç bilmir ki, Valentino, Quççi və İfsen Loran bir sahibin markasıdır. Onların rəhbəri nə Valentinodur, nə də mərhum İfsen Lorandır. Modelyer heç vaxt təkbaşına bu qədər biznes imkanlarını özünə yarada bilməz. Əslində mənim üçün butik açmağın vaxtı yetişib. Ancaq hazırda şəhərin mərkəzində bir yer almağa imkan hələlik yoxdur. Düşünürəm ki, Fəxriyyə Xələfovanın butiki şəhərin lap mərkəzində olmalıdır".

Söhbət zamanı modelyerdən Parisdə və Milanda bir modelyerin geyimlərinin nümayişinin neçəyə başa gəldiyi ilə maraqlandıq. Bu barədə geniş informasiyaya malik olan Fəxriyyə xanım vurğuladı ki, moda həftələrində ən bahalı nümayişlər Paris və Milandır:

"Orada ən üst kateqoriyalı moda evləri təqdim edilir. Parisdə "Cristian Dior" moda evi, "Chanel" moda evi, "Valentino" və "İfsen Loran" moda evlərinin geyim nümayişi təşkil edilir. Konkret olaraq moda həftəsində bir moda nümayişinə 70 min avrodan 100 min avroya qədər vəsait sərf olunur. Bu məbləği də yalnız maliyyə qurumları verə bilər. Sadəcə, bu moda həftələrindən sonra artıq bütün dünya bilir ki, bu modelyer hansı istiqaməti, hansı rənglər və çalarları təqdim etdi. Bundan sonra həmin istiqamət, rəng və çalarlar çox reklam olunur. Milan moda həftəsi çox bahalı moda həftəsidir. Azərbaycanlı modelyerlərə gəlincə, hazırda bizim imkanlarımız ancaq festivallar keçirməyə çatır. Moda həftəsi bizim üçün çox böyük rəqəmdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib

Kim zövqlü, kim zövqsüz?

Bölmənin digər xəbərləri
 
"Uça-uça gələrəm, bircə Allah yol verəydi"
O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir.

Kişi sənətçilərin çoxu hərbi xidmətdə olmayıb
Onlar silaha deyil, mikrofona daha bərk sarılıblar

İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Sentyabrın 17-25-də ölkə musiqi ilə nəfəs alacaq

"Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq"
Hadisənin adından yazılan xəbərə aydınlıq gəldi

Qeyri-maddi mədəni irsin dəstəklənməsi üzrə monitorinq başlanıb
Yekunda konsepsiya, proqram və layihə hazırlanacaq

Kitabların və yazarların sərgiləndiyi gün
İsa Muğanna da oxucuların qarşısına çıxmışdı

Nüşabə Ələsgərli dirijorluq edəcək
Bu dəfə mikrofonu yerə qoyur

Sənətçilər "Röya"ya etiraz ediblər
Jurnalın baş redaktoru işdən uzaqlaşdırılıb

XI "Şərq-Qərb" Kino Festivalı gələn həftə başlayır
Tədbirin proqramı genişlənib

Suğra Bağırzadə: "Qızıl güllə işləmək çox maraqlıdır"
Rəssam Malayziyadan floristlərin sammitindən qayıdıb

Mən öz dastanımı yazıb gəlmişəm
Kitab Sərgi-Yarmarkasında Zəlimxan Yaqubun iki kitabına təqdimat keçirildi

Hülya Avşar nikahını yenidən təzələyir
Aktrisa köhnə sevgilisi ilə yollarını birləşdirib

"Mənim adımdan heç kim şərh verə bilməz"
Hadisə Açıqgöz fikirlərinin təhrif olunduğunu deyir

Madonna səhnədə huşunu itirdi
İlk tibbi yardımdan sonra yenidən səhnəyə qayıdıb

Vəhid Qəzvini divanı çap edilddi
XVII yüzilin görkəmli dövlət xadimi, şairi və tarixçisi, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin azərbaycanca şeirlər toplusu nəşr olundu.

Masallıda yeni arxeoloji tapıntılar
Masallı ərazisində son tunc-dəmir dövrünə aid maddi mədəniyyət abidələri aşkarlanıb.

"Əsli və Kərəm"in partiturası hazırlanır
Azərbaycanın ilk muğam operalarından biri olan Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" əsərinin partiturası hazırlanır.

Kino Gününə - "Azərbaycan xalçaları"
Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək.

Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir
Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər