Kişi sənətçilərin çoxu hərbi xidmətdə olmayıb
 |
Onlar silaha deyil, mikrofona daha bərk sarılıblar
Şənbə, 12.09.2009
|
|
Şou-biznesdə tanınmış gənclərdən bir xeyli qismi hərbi xidmətdə olmayıb. Bu qəribə halı apardığımız sorğudan öyrənə bildik. Vətənə olan borcunu yerinə yetirənlər isə işğal altında olan torpaqların müdafiəsi üçün hər zaman hazır olduqlarını bildiriblər.
Əvvəlcə öyrəndik ki, xalq artisti Faiq Ağayev əsgərlikdə olmayıb. Bunun səbəbi səhhətindəki problemlərlə bağlıdır. Faiq Ağayev bildirib ki, onun 35 yaşı tamamlandığından əsgərliyə getmək müddəti bitib.
Müğənni Eyyub Yaqubov Rusiya Sibirində xidmət göstərib. Müharibə olacağı təqdirdə, döyüşlərdə iştirak etməyə hazır olduğunu vurğuladı. Aktyorlar Coşqun Rəhimov və Rəfael İsgəndərov isə Cəlilabadda əsgərlik çəkiblər. Onlar da işğal altında olan torpaqların azad olunmasında iştirak etməyə hazır olduqlarını bildirdilər. Şoumen Murad Dadaşov BDU-da təhsil alıb və ehtiyatda olan zabitdir.
Keçmiş "Bakılı oğlanlar" komandasının üzvləri Bəhram Bağırzadə və Anar Məmmədxanov da ehtiyatda olan zabitlərdir. Meyxanaçı Namiq Qaraçuxurlu isə Kürdəmirdəki N saylı hərbi hissədə, Hərbi Hava Qüvvələrinin tərkibində əsgəri xidmətdə olub. İfaçı Abbas Bağırov isə hələ əsgərlikdə olmayıb və bunun səbəbini açıqlamır. Əməkdar artist Ədalət Şükürov üç il dörd ay Şimal Buzlu Okeanın Novaya Zemlya adasında sualtı gəmidə xidmət edib:
"Daxilimdəki vətənpərvər hissləri həmişə göstərməyə hazıram. Əgər işğal altında qalan torpaqlar müharibə yolu ilə azad edilməli olsa, silaha sarılanlardan biri də mən olaram".
Rejissor Aqil M.Quliyev isə əsgəri xidmətdə olmayıb. Rejissor bunu ali təhsil alması ilə əlaqələndirir. Rejissor Kənan M.M 1998-99-cu illərdə Naxçıvan Muxtar Respublikasında əsgəri xidmətdə olub:
"Müharibə başlayan an Vətənin müdafiəsinə qalxmağa hazıram". Onun həmkarı Fuad Əlişov Rusiyada xidmət edib.
"Şeron" qrupunun üzvləri Ülvi, İntizar, Məlikməmməd isə əsgərlikdə olmayıblar. Nadir Qafarzadə 1989-91-ci illərdə Rusiyanın Murmansk vilayətində əsgəri xidmətdə olub. Samir Bağırov isə Bakıda əsgəri xidmətdə olub. Samir Bağırov bildirib ki, müharibə başlasa, əsgərləri öz mahnıları ilə ruhlandıra bilər. Şoumen Fərda Xudaverdiyev Naxçıvanda hərbi xidmətdə olub. "Dəyirman" qrupunun üzvlərindən yalnız Malik Kələntərli Daxili Qoşunlarda əsgərlik çəkib. Qrupun digər üzvləri Elmir Məhərrəmov, Miryusif Mirbabayev və Anar Abdullayev ehtiyatda olan zabitlərdir.
Bu gün fəaliyyət göstərən "N brothers", "Qala" və bir çox qrupların bəzi üzvləri də hərbi borclarını yerinə yetirməyiblər. Onlar hələ ki mikrofona daha bərk sarılıblar.
|
|
|
Oxşar xəbərlər:
Röyanın səhhəti pisləşib
Banklar müştərilərin etibarlılığını gözdən keçirir
"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır
Müflisləşmə haqda qanun istifadəsiz qalıb
|
|
Bölmənin digər xəbərləri
"Uça-uça gələrəm, bircə Allah yol verəydi"
O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir.
|
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Deyir ki, Tanrı özü onu gözəl yaradıb
|
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Sentyabrın 17-25-də ölkə musiqi ilə nəfəs alacaq
|
"Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq"
Hadisənin adından yazılan xəbərə aydınlıq gəldi
|
Qeyri-maddi mədəni irsin dəstəklənməsi üzrə monitorinq başlanıb
Yekunda konsepsiya, proqram və layihə hazırlanacaq
|
Kitabların və yazarların sərgiləndiyi gün
İsa Muğanna da oxucuların qarşısına çıxmışdı
|
Nüşabə Ələsgərli dirijorluq edəcək
Bu dəfə mikrofonu yerə qoyur
|
Sənətçilər "Röya"ya etiraz ediblər
Jurnalın baş redaktoru işdən uzaqlaşdırılıb
|
XI "Şərq-Qərb" Kino Festivalı gələn həftə başlayır
Tədbirin proqramı genişlənib
|
Suğra Bağırzadə: "Qızıl güllə işləmək çox maraqlıdır"
Rəssam Malayziyadan floristlərin sammitindən qayıdıb
|
Mən öz dastanımı yazıb gəlmişəm
Kitab Sərgi-Yarmarkasında Zəlimxan Yaqubun iki kitabına təqdimat keçirildi
|
Hülya Avşar nikahını yenidən təzələyir
Aktrisa köhnə sevgilisi ilə yollarını birləşdirib
|
"Mənim adımdan heç kim şərh verə bilməz"
Hadisə Açıqgöz fikirlərinin təhrif olunduğunu deyir
|
Madonna səhnədə huşunu itirdi
İlk tibbi yardımdan sonra yenidən səhnəyə qayıdıb
|
Vəhid Qəzvini divanı çap edilddi
XVII yüzilin görkəmli dövlət xadimi, şairi və tarixçisi, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin azərbaycanca şeirlər toplusu nəşr olundu.
|
Masallıda yeni arxeoloji tapıntılar
Masallı ərazisində son tunc-dəmir dövrünə aid maddi mədəniyyət abidələri aşkarlanıb.
|
"Əsli və Kərəm"in partiturası hazırlanır
Azərbaycanın ilk muğam operalarından biri olan Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" əsərinin partiturası hazırlanır.
|
Kino Gününə - "Azərbaycan xalçaları"
Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək.
|
Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir
Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır.
|
|
|