Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Gəncənin bəzi küçələrində çirkab arxları
Gəncənin bəzi küçələrində çirkab arxları
Çirkab suları bəzi yerlərdə içməli su xətlərinə düşür
Şənbə, 12.09.2009


Nüşabə Fətullayeva
mətn ölçüsü  

Bura Gəncənin şəhər mərkəzindən bir qədər aralıda yerləşir. XXI əsrin 2-ci onilliyini haqladığımıza baxmayaraq, bu "basalağın" kanalizasiya sistemi yoxdur. Bu olmadığından sakinlər çirkab sularını açıq arxlara axıdır. Şəhərin Xaqani, Aqil Məmmədov, Mehdi Hüseynzadə, Səməd Vurğun, Dadaş Bünyadzadə və Şəddadilər küçələrinin hər iki tərəfindən axan çirkab sularının yaratdığı qoxu və görüntü azmış kimi, yağmurlu havalarda arx dolaraq daşır. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bunun heç bir nəticəsi yoxdur.

Sakinlər deyir ki, əvvəllər həftədə heç olmasa bir dəfə zibil maşını yolunu bu tərəflərdən salırdısa, artıq son 5-6 ayda buralarda zibilin daşınmasını görən olmayıb. Sakinlər zibillərini də arxa axıtmalı olurlar. Bu küçələrdə ürəkbulandırıcı bir vəziyyət yaranıb.

Bütün bunlar azmış kimi, sakinlər daha bir fəlakətlə üz-üzə qalıblar. Belə ki, küçəyə 1969-cu ildə çəkilmiş su təchizat sistemi bərbad hala düşüb. Ana borudan evlərə çəkilən su xətləri arxın aşağı hissəsindən keçdiyindən, zaman ötdükcə çürüyüb. Nəticədə çirkab suları bu xətlər ilə ana boruya keçir. Xaqani küçəsinin sakini Əlişir Azəri deyir ki, cari ilin aprel ayından bəri evlərə verilən sular... kanalizasiya suyu ilə qarışır. Kranlardan çıxan qara və qırmızı qurdlar göstərib ki, bu su gerçəkdən kanalizasiya suyudur.

Digər sakin Hüseyn Hüseynov sürücü işləyir və onun orta aylıq qazancı 120 manat təşkil edir. 4 nəfərdən ibarət ailə üzvü olan Hüseyn Hüseynov hər zaman maşın ilə su gətizdirə bilmir. O deyir: "Tək mən deyiləm, neçə-neçə şəhər sakini imkansızlıqdan bu sudan istifadə edir. Biz sanki bu şəhərin sakini deyilik. Bizi sayıb bu problemlə maraqlanan yoxdur".

Tünzalə Hüseynova II qrup əlil qızı ilə birgə yaşayır. Evi üçün təmiz suyu digər küçələrin evlərindən vedrə ilə daşımağa məcburdur. "Bütün günü əlimdə vedrə o qonşudan, bu qonşudan su daşıyıram. Bir ara fasilə verib, məcbur olub, bu sudan istifadə etməyə başladım, vallah, heç bir neçə gün çəkmədi, qızım qaşınmağa başladı. Həkimə apardım, bilmədi ki, bu qaşınma nədən ola bilər? Sonra bu cür su ilə yuyunduğunu deyəndə, həkim bu sudan nəinki istifadə etməyi, hətta onunla paltar yumağı da qadağan elədi".

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov həmin küçədə suyun analiz edildiyini, nəticədə onun içmək və istifadə üçün yararsız olduğunu təsdiqlədi. Bu isə o deməkdir ki, şəhərin bu qismində sakinlər qorxulu xəstəliklər qarşısında müdafiəsiz qalıblar.

Gəncə şəhər Su-Kanal SC baş mühəndisi Məhəmməd Hüseynov aprel ayında həmin küçədə çirkabın su xəttinə qarışdığı güman edilən hissədən su borusunu 15 metr kənara çəkərək, müəyyən təmir işləri aparıldığını dedi. Yeni su və kanalizasiya xətti çəkmək üçünsə hələlik vəsaitin olmadığını söylədi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

İran: şübhəli "etiraflar" dalğası

Bölmənin digər xəbərləri
 
Məktəb bufetləri niyə "qapalı obyekt" olsun?
Onlarda saxta məhsullar satılır, ona görəmi?

MTRŞ teleradio şirkətlərinə irad tutub
Onlar milli-mənəvi mövzulara daha çox yer ayırsın...

Şəhər səhiyyəsinin süründürməçiliyi
Heydər Əliyev Fondunun müraciətinə də məhəl qoyulmur

Uşağı, qadını, zəifi döymək...
Ötən il qadınlara qarşı zorakılıqla bağlı 4270 cinayət faktı qeydə alınıb

"Donuz qripi"nə qarşı vaksin sınaqdan çıxmadı
Ondan istifadə əsəb sistemi üçün təhlükə doğurur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər