Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
MTRŞ teleradio şirkətlərinə irad tutub
MTRŞ teleradio şirkətlərinə irad tutub
Onlar milli-mənəvi mövzulara daha çox yer ayırsın...
Şənbə, 12.09.2009


S.Abbaszadə
mətn ölçüsü  

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Elektron Mediaya Yardım Fondunun təşkilatçılığı ilə yayımçılar üçün "Milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində elektron medianın rolu" mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarın açılışında çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalların cəmiyyətə təsir imkanları böyük olduğundan efirdə milli-mənəvi dəyərlərə daha çox fikir verilməlidir.

Azərbaycanın dünyəvi dövlət olduğunu və özünü dünyadan təcrid etmədiyini xatırladan Nuşirəvan Məhərrəmli deyib ki, şou-biznes xarakterli verilişlər daha çox tamaşaçı toplasa da, telekanallar müasir tendensiyalardan istifadə edib daha maraqlı, milli-mənəvi dəyərlərə xidmət edən proqramlar hazırlamalıdırlar: "Televiziya aparıcılığı çox ciddi problemlərdən biridir. Aparıcılar telekanalların vizit kartıdır. Xüsusən də radio aparıcıları bəzən ağıllarına gələn mövzunu seçib iki saat ərzində onunla bağlı müzakirə aparırlar".

Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, maarifləndirici, əyləndirici və məlumatlandırıcı verilişlər arasında balansın pozulması hələ də telekanalların əsas problemi olaraq qalır: "Başa düşürük ki, meyxana yarışmaları və "Azəri Star" kimi yarışmalar gəlir gətirir. Amma bunu bir kanal edəndə maraq doğurur. Bütün kanallar bunu təkrarlamamalıdır".

ATV-nin bədii rəhbəri Elçin Əlibəyli isə bildirib ki, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı iradlar tutulsa da, hələ də bu dəyərlərin hüdudları və əsas prinsipləri kulturoloqlar tərəfindən müəyyənləşməyib: "MTRŞ bu sahədə ciddi maarifləndirmə işi aparmalıdır. Azərbaycanda televiziya sahəsində çalışanların böyük əksəriyyəti ixtisaslı kadrlar deyil. Bu mənada Televiziya Akademiyasının yaradılması artıq zərurətə çevrilib. MTRŞ televiziyada çalışanların attestasiyasını aparmalıdır".

Nuşirəvan Məhərrəmli bildirib ki, kütləvi informasiya vasitələri kimi, elektron KİV-ə də dövlət tərəfindən maliyyə yardımlarının ayrılması ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, istər respublika yayımçılarına, istərsə də regional kanallara yardımlar olunmalıdır. MTRŞ sədri bununla əlaqədar müvafiq qurumlara təkliflər verdiyini də deyib: "Hələlik bizə deyiblər ki, əvvəlcə dövri mətbuat, sonra telekanallar".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Məktəb bufetləri niyə "qapalı obyekt" olsun?
Onlarda saxta məhsullar satılır, ona görəmi?

Şəhər səhiyyəsinin süründürməçiliyi
Heydər Əliyev Fondunun müraciətinə də məhəl qoyulmur

Uşağı, qadını, zəifi döymək...
Ötən il qadınlara qarşı zorakılıqla bağlı 4270 cinayət faktı qeydə alınıb

"Donuz qripi"nə qarşı vaksin sınaqdan çıxmadı
Ondan istifadə əsəb sistemi üçün təhlükə doğurur

Gəncənin bəzi küçələrində çirkab arxları
Çirkab suları bəzi yerlərdə içməli su xətlərinə düşür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər