Hal-hazırda Ayna qəzetinin 12.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Məktəb bufetləri niyə "qapalı obyekt" olsun?
Onlarda saxta məhsullar satılır, ona görəmi?
Şənbə, 12.09.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Təhsil Nazirliyi yeni tədris ili ərəfəsində Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə birgə orta ümumtəhsil məktəblərində yoxlamaları başa çatdırıb. Məqsəd - məktəblərin tədrisə hazır olub-olmadığını müəyyənləşdirməkdən, eləcə də bufetlərdə verilən qida məhsullarının keyfiyyətini öyrənməkdən ibarət olub. Məktəblərin sanitar vəziyyəti ayrıca yoxlama predmeti olacaq. "Donuz qripi" təhlükəsindən dolayı, TN məktəblərin dezinfeksiyası barədə direktorlara ciddi tapşırıq vermişdir.

Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Zəminə Əliqızının sözlərinə görə, "donuz qripi" ilə bağlı müəyyən narahatlıq olsa da, hələ ki, orta məktəblərdə və bağçalarda ciddi profilaktik tədbirlərə ehtiyac yoxdur. Buna baxmayaraq, yeni dərs ili başlanandan sonra şagirdlər arasında maarifləndirmə işinə start veriləcək. Qeyri-hökumət və ya beynəlxalq təşkilatların maarifləndirmə işləri aparmaq istəyi təmin olunacaq.

TN bu il məktəblərdə keyfiyyətsiz qida məhsullarının satışının qarşısını almaq üçün ciddi addımlar atmaq fikrindədir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məktəb və bağçalarda qida məhsullarının keyfiyyətini araşdırmaq niyyətindədir. Son günlər bir sıra mağazalarda vaxtı ötmüş məhsulların, xüsusilə də kolbasa və süd məhsullarının, şokoladların, sərinləşdirici içkilərin, qaymağın, şirniyyatların, suların, dondurmaların, yoqurtların satışı çoxalıb. Onların tərkibində müxtəlif yararsız mikroorqanizmlərə rast gəlinir.

Ən çox istifadə olunan məhsul isə sərinləşdirici içkilər və dondurmalardır. Dondurmalara marqarin, müxtəlif piylər qatılır. Həmin məhsulun çoxusu keyfiyyətsizdir. Eləcə də "Nazran", "Yessentuki", "Qax suyu", "Borjomi", "Sirab", "Slavyanka" sularının keyfiyyətsiz oxşarı çoxalıb. Saxta sular uşaqların sağlamlığı üçün təhlükə törədir, zəhərlənmələrə, mədə xəstəliklərinə gətirib çıxarır. Zəhərlənmələrin daha ağır formalarına da rast gəlinə bilər.

Bu kimi mallar daha çox topdansatış mərkəzlərində olur. Orta məktəblərdə satılan həmin məhsulların hansı topdansatış şəbəkəsindən gətirilməsi bir çox hallarda məchul qalır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Təhsil Nazirliyinə təklif edir ki, məktəb və bağçalara verilən qida malları qaimələr əsasında yalnız tanınmış supermarketlərdən alınsın. Bu, təhlükəsizlik üçün önəm daşıya bilər.

Məsələ ciddidir. Ötən tədris ilində orta məktəblərdə baş verən zəhərlənmə olayları yaddan çıxmayıb. Xətai rayonunda 95, Sabunçu rayonunda 318 saylı məktəblərdə zəhərlənmə halları baş vermişdi. Gerçəklik odur ki, hər iki hadisə məktəbdə qida qəbulundan sonra qeydə alınmışdı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qənaətincə, bu gün məktəb bufetlərində özbaşınalıq hökm sürür: "Əgər məktəb bufetlərində monitorinq aparsaq, məlum olar ki, onların heç birində kassa aparatı yoxdur". Onun sözlərinə görə, kassa aparatının mövcudluğu istehlakçı ilə satıcı arasında bir müqavilədir. Əgər zəhərlənmə və ya başqa bir hadisə baş verərsə, həmin qəbz onun göstəricisi olar.

AİB sədri deyir ki, məktəbə verilən qidalara nəzarət funksiyasını yerinə yetirən təşkilatın bu gün quruca adı qalıb. Onlar məktəb bufetlərinə adam yerləşdirməkdən başqa bir iş görmür: "Bufetlərə mərkəzləşmiş qaydada qida verilmir. Qidalar hardan və necə gəldi verilir. Bufetləri işlədənlər isə kənar şəxslərdir. Məktəb bufetləri az qala "qapalı obyekt" elan olunub və burada heç kəsə monitorinq aparmaq imkanı verilmir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

Orta məktəb şagirdlərində siqaretə meyil artıb

Gənc liderlər Qazağa toplaşıb

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin

Uşaqlar niyə intihar edir?

Bölmənin digər xəbərləri
 
MTRŞ teleradio şirkətlərinə irad tutub
Onlar milli-mənəvi mövzulara daha çox yer ayırsın...

Şəhər səhiyyəsinin süründürməçiliyi
Heydər Əliyev Fondunun müraciətinə də məhəl qoyulmur

Uşağı, qadını, zəifi döymək...
Ötən il qadınlara qarşı zorakılıqla bağlı 4270 cinayət faktı qeydə alınıb

"Donuz qripi"nə qarşı vaksin sınaqdan çıxmadı
Ondan istifadə əsəb sistemi üçün təhlükə doğurur

Gəncənin bəzi küçələrində çirkab arxları
Çirkab suları bəzi yerlərdə içməli su xətlərinə düşür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər