Yeni Günəşlidəki "Fatimeyi-Zəhra məscidi"nin sökülməsi qərarına etiraz olaraq dünən ölkənin bir qrup ictimai qurumu "Məscidlərimizi qoruyaq" adlı dəyirmi masa keçirib.
Dəyirmi masa iştirakçıları bu ilin aprelindən bu yana ölkədə iki məscidin söküldüyünü deyərək qanunsuz tikilib-tikilmədiyindən asılı olmayaraq bütünlükdə ibadət evlərinin sökülməsinin əleyhinə olublar.
"Bu məsələ bizi ən ciddi şəkildə narahat edir, çünki "Qurani-Kərim"də məscidə hörmətsizlik ən ağır günahlar sırasında yer alıb və bu əməl küfrə bərabərdir", - deyə "Mənəvi Dəyərlər" Birliyinin rəhbəri Namiq Babaxan qeyd edir. Məscid icmasının hüquqlarını müdafiə edən vəkil Natiq Şirəliyev məscidin 1996-1998-ci illərdə Bakı meriyası və Sabunçu rayon İcra Hakimiyyətnin razılığı ilə tikildiyini və hər hansı qanunsuz əmələ yol vermədiklərini söyləyib.
"2002-ci ildə Bakı meriyası idman-sağlamlıq kompleksi tikilməsi üçün məscidə ayrılmış torpaqla bağlı sərəncamı ləğv edir", - deyə vəkil durum barədə məlumat verib. Natiq Şirəliyev rayon İH-nin məscidin hesabına 3 min manat köçürdüyünü də nəzərə çatdırıb.
Tədbirdə çıxış edənlər yaranmış durumdan çıxış yolunu dindarların daha sıx birləşməsində gördüklərini bildirdilər.яDünən gecə isə "Azərbaycan" nəşriyyatının arxa hasarına "Müsəlmanlar, məscidi sökürlər!" adlı şüar yazılmışdı. Səhər tezdən bir neçə fəhlə bir məmurun nəzarəti altında əllərində daştəmizləyici maşın bu yazını silirdilər...
Üç hərbçi minaya düşübDünən saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu traktoru idarə edərkən minaya düşüb.
Rusiya Bakıya raket gəmisi göndərirRusiya Hərbi Dəniz Qüvvələri Xəzər hərbi donanmasının flaqmanı olan "Tatarıstan" raket gəmisi və "Anatoli Qujvin" hidroqrafiya gəmisi Bakıya gələcək.
Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmırAzərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağa hazırlaşmır və yaxud KTMT Azərbaycanın quruma qəbulu üçün bu ölkə ilə danışıqlar aparmır.