Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb
Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb
Bərpa olunmuş tarixi marş səsləndirilib
Şənbə, 05.09.2009

S.Abbas
S.Abbaszadə
mətn ölçüsü  

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 91-ci ildönümü ilə bağlı dünən Gəncədə konfrans keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, konfrans Türkiyə səfirliyinin və Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə baş tutub.

Türkiyə səfirliyinin tanıtma və mədəniyyət müşaviri Melda Araz, TUMİB sədri Çingiz Babayev, politoloq Musa Qasımlı və bir çox yerli ziyalıların da qatıldığı tədbir Gəncə şəhər mərkəzi meydanında Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Sonra iştirakçılar Cavad xanın məqbərəsini, milli istiqlalımızın təməlinin qoyulduğu tarixi binanı, Nuru Paşanın oradakı iş otağını ziyarət ediblər.

Aqrar Universitetin akt zalında keçirilən konfransda çıxış edən Melda Araz 1918-ci ildə Türkiyənin Azərbaycana hərbi dəstəyini də, dünənki konfransı da Türkiyə-Azərbaycan qardaşlığının təbii tələbatı kimi dəyərləndirib. Politoloq Musa Qasımlı, Aqrar Universitetin tarix kafedrasının müəlliməsi Məleykə Əlizadə isə çıxışlarında o dövrün hadisələrinə bir daha qayıdaraq Nuru Paşa və onun komandanlığı altında Gəncəyə daxil olan ordunun Azərbaycanın sonrakı taleyində oynadığı roldan danışıblar.

Sonda "Space" telekanalının müxbiri Zakir Muradovun çəkdiyi, Nuru Paşanın komandanlığı altında Gəncədən Bakıya yürüş edən Azərbaycan-Türkiyə ordu birləşmələri üçün yazılmış marşın tarixçəsi barədə sənədli film nümayiş etdirilib. Marşın musiqisi mayestro Fikrət Əmirovun atası, tarzən Məşədi Cəmil Əmirova, sözləri isə bu mətni qələmə alarkən 16 yaşında olan Salman Əhmədliyə aiddir. Zakir Muradovun filmində marşı Salman Əhmədlinin oğlu Bəşir Əhmədov ifa edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Bölmənin digər xəbərləri
 
"Bəlkə oğlumu öldürüblər?"
Əsir əsgərin vəziyyətinin ağır olduğu deyilir

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir
"Doktrina" Mərkəzi: "Müdafiə Nazirliyinin təsir dairəsində olan bir sıra qəzetlərin layihəsi qalib elan olunub"

Üç hərbçi minaya düşüb
Dünən saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu traktoru idarə edərkən minaya düşüb.

Pilotsuz təyyarə istehsalına başlayırıq
Azərbaycan gələn ilin ortalarından pilotsuz uçan aparatların ilk örnəklərinin istehsalına başlamağı planlaşdırır.

Rusiya Bakıya raket gəmisi göndərir
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər hərbi donanmasının flaqmanı olan "Tatarıstan" raket gəmisi və "Anatoli Qujvin" hidroqrafiya gəmisi Bakıya gələcək.

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağa hazırlaşmır və yaxud KTMT Azərbaycanın quruma qəbulu üçün bu ölkə ilə danışıqlar aparmır.

Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
Gürcüstan Müdafiə Nazirliyi öz kodifikasiya sistemini NATO-nun bənzər sistemi ilə uyğunlaşdırır.

MN hərbçiləri üçün bina tikiləcək
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün yaşayış binası tikiləcək.

"Buket" gəmisindəki azərbaycanlılar sərbəst buraxılıb
Onlar 3000 lari cərimə ödəyiblər

"Donuz qripi"nin dalğası planeti bürüyüb
Avropada bir sutkada 1193 nəfər yoluxub

"Məscidlərimizi qoruyaq" adı altında tədbir keçirilib
Dindarlar "Fatimeyi-Zəhra məscidi"nin sökülməsi haqqında qərara qarşı

"ATV İnternational" erməni dilində də xəbərlər yayacaq
Telekanal bu ayın sonlarında fəaliyyətə başlayır

Daha 30 "reket" qəzetin siyahısı açıqlanacaq
Bəzən 1 şəxs 10-dək qəzet açır...

Blogerlər azad edilmədi
Məhkəmə sentyabrın 16-da davam edəcək

Arabulun məhkəməsi davam edir
Onu sərhədi qanunsuz keçməkdə ittiham edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər