Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Donuz qripi"nin dalğası planeti bürüyüb
"Donuz qripi"nin dalğası planeti bürüyüb
Avropada bir sutkada 1193 nəfər yoluxub
Şənbə, 05.09.2009

A.Əhmədova mətn ölçüsü  

Srağagün Avropada A (H1N1) virusuna yoluxmaya dair 1193 fakt qeydə alınıb. APA-nın məlumatına görə, dünən Portuqaliyada 380, Almaniyada 323, İtaliyada 258, Norveçdə 128 "donuz qripi"nə yoluxma halı aşkarlanıb. Digər 104 fakt isə digər 10 Avropa ölkəsinin ərazisində qeydə alınıb. Bu günədək Avropada ümumilikdə 47828 nəfər "donuz qripi"nə yoluxub. Bunlardan 16584 nəfəri Almaniyanın, 13095 nəfəri Böyük Britaniyanın, 2624 nəfəri Portuqaliyanın, 2058 nəfəri İtaliyanın, 1839 nəfəri Yunanıstanın payına düşür. Avropada bu təhlükəli virusa yoluxmuş şəxslərdən 111 nəfəri vəfat edib.

"Donuz qripi" kimi tanınan A/H1N1 virusu ilk dəfə olaraq donuz və insanda deyil, quşlarda qeydə alınıb. "Röyter" agentliyinin Çilinin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, virus hind toyuğunda aşkarlanıb. Çilidə quşlar arasında "donuz qripi" virusunun aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının narahatlığına səbəb olub. Mütəxəssislər indiyədək virusun yalnız donuzlar arasında yayıldığını, donuzlardan insana keçdiyini güman edirdilər. Lakin bu fakt virusun digər heyvanlara keçmə ehtimallarını doğruldur.

ÜST virusa yayılma sürətinə görə 6-cı (ən maksimal) təhlükəlilik həddi verib. Təşkilat "donuz qripi" ilə bağlı növbəti proqnozunu açıqlayıb. Məlumatda bildirilir ki, cənub yarımkürədə virusa yoluxma mövsümü sona çatmaq üzrədir. Şimal yarımkürəsində isə, əksinə, virusa yoluxma mövsümü sürətlənəcək. Proqnozlara görə, ikinci dalğa birincidən daha dəhşətli nəticələrlə yadda qalacaq. Virusun budəfəki qurbanları gənc və sağlıqlı insanlar da ola bilər.

REKLAM

Rəqəmlərə görə, hazırda 209 min 438 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 2 min 185-dir.

Kolumbiya prezidenti Alvaro Uribe də "donuz qripi"nə yoluxanlar sırasına daxil oldu. "Exo Moskvı" radiosunun verdiyi məlumata görə, həkimlər prezidentin səhhətini qənaətbəxş hesab edir. "Yeni qrip"ə qarşı yoxlamadan Cənubi Amerika ölkələrindən birinin prezidenti Uqo Çaves də keçib. Buna səbəb prezidentin Cənubi Amerika sammitində Alvare Uribe ilə ünsiyyətdə olmasıdır. Testlər prezidentdə qorxulu virus aşkar etməyib.

"Donuz qrip"inin əhatə dairəsi genişləndikcə bu sahədə aparılan tədqiqatlar da sürətlənir. Məsələn, məşhur Fransa virusoloqu, tibb sahəsində Nobel mükafatı laureatı Lük Montanye A/N1N1 virusuna qarşı vaksin istehsal olunana kimi qorunma məqsədilə tərkibində papayya olan qidalardan istifadəni məsləhət görür. Alimin fikrincə, bu, immun sistemini möhkəmləndirər.

Yunanlar "donuz qripi"ndən qorunmaq üsulu tapıblar. Yunan alimləri xalq təbabətindən istifadə etməyi məsləhət görürlər. Onlar antibiotik əvəzinə limon şirəsi ilə bal, soğanla sarımsaq istifadə etməyi məqsədəuyğun sayırlar. Müşahidələr göstərir ki, virus yay aylarında daha az yayılır.

Rusiyada isə virus əleyhinə vaksin sınaqdan keçirilib. Preparatın istehsalına oktyabrın əvvəlində başlanacağı gözlənir. Risk qrupuna daxil olan əhali adi qripə qarşı da peyvənd olunacaq. Ümumilikdə 40 milyon doza vaksin hazırlamaq nəzərdə tutulur. Rusiyada 27 milyon insan vaksinasiya olunmalıdır. Ölkənin baş sanitar həkimi Gennadi Onişşenko bildirir ki, vaksinlərin hər ikisini (həm adi qripə, həm də "donuz qripi"nə qarşı) öz üzərində sınayacaq.

Komidə qripə qarşı vaksinasiya tədbirləri keçirilir. Vaksinasiya məktəbəqədər və məktəb yaşlı uşaqlar arasında aparılacaq. Peyvəndləmə sentyabr ayında aparılacaq. Tibb və təhsil müəssisələrinin işçiləri, xroniki xəstələr də peyvənd olunacaq. Ümumilikdə respublikaya 169500 doza vaksin göndərilib. Növbəti dozalar sentyabr-oktyabr aylarında daxil olacaq. Bu tədbirlər dünyada yayılan "donuz qripi"ndən müdafiə məqsədilə keçirilir.

Oktyabr ayından etibarən Türkiyədə "donuz qripi" xəstəliyinə qarşı peyvəndləmə əməliyyatına start verilir. Bu barədə məlumatı yerli KİV-ə səhiyyə nazirinin müavini Turan Buzqan verib. Nazir müavini bildirib ki, ilkin mərhələdə peyvəndləmə prosesi 6-35 ay arasında olan uşaqlar, diabet, ürək və qan-damar xəstələri arasında həyata keçiriləcək. "Donuz qripi"nə qarşı peyvənd Türk Silahlı Qüvvələrində də aparılacaq. Virusa qarşı sifariş verilən peyvənd sentyabr ayında Türkiyəyə gətiriləcək.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib

Virusu qarşılamağa ciddi hazırlıq görülüb

Bölmənin digər xəbərləri
 
"Bəlkə oğlumu öldürüblər?"
Əsir əsgərin vəziyyətinin ağır olduğu deyilir

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir
"Doktrina" Mərkəzi: "Müdafiə Nazirliyinin təsir dairəsində olan bir sıra qəzetlərin layihəsi qalib elan olunub"

Üç hərbçi minaya düşüb
Dünən saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu traktoru idarə edərkən minaya düşüb.

Pilotsuz təyyarə istehsalına başlayırıq
Azərbaycan gələn ilin ortalarından pilotsuz uçan aparatların ilk örnəklərinin istehsalına başlamağı planlaşdırır.

Rusiya Bakıya raket gəmisi göndərir
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər hərbi donanmasının flaqmanı olan "Tatarıstan" raket gəmisi və "Anatoli Qujvin" hidroqrafiya gəmisi Bakıya gələcək.

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağa hazırlaşmır və yaxud KTMT Azərbaycanın quruma qəbulu üçün bu ölkə ilə danışıqlar aparmır.

Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
Gürcüstan Müdafiə Nazirliyi öz kodifikasiya sistemini NATO-nun bənzər sistemi ilə uyğunlaşdırır.

MN hərbçiləri üçün bina tikiləcək
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün yaşayış binası tikiləcək.

"Buket" gəmisindəki azərbaycanlılar sərbəst buraxılıb
Onlar 3000 lari cərimə ödəyiblər

Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb
Bərpa olunmuş tarixi marş səsləndirilib

"Məscidlərimizi qoruyaq" adı altında tədbir keçirilib
Dindarlar "Fatimeyi-Zəhra məscidi"nin sökülməsi haqqında qərara qarşı

"ATV İnternational" erməni dilində də xəbərlər yayacaq
Telekanal bu ayın sonlarında fəaliyyətə başlayır

Daha 30 "reket" qəzetin siyahısı açıqlanacaq
Bəzən 1 şəxs 10-dək qəzet açır...

Blogerlər azad edilmədi
Məhkəmə sentyabrın 16-da davam edəcək

Arabulun məhkəməsi davam edir
Onu sərhədi qanunsuz keçməkdə ittiham edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər