Poti şəhər məhkəməsi Gürcüstanın sahil sularında saxlanan "Buket" gəmisinin azərbaycanlı heyət üzvlərinin 3 min lari cərimə edilərək azadlığa buraxılması barədə qərar qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məhkəmə qərarı ilə soydaşlarımıza kəsilən cəriməni "Buket" gəmisinin məxsus olduğu "Denza tanker" şirkətinin Batumi nümayəndəliyi ödəyib. Gəminin və gəmidəki yükün taleyinə hələ qərar verilməyib.
Qeyd edək ki, saxlanan gəminin heyət üzvlərindən dörd nəfər Azərbaycan vətəndaşıdır. Soydaşlarımız Tariyel Nəsirov, Əsgər Əsgərov, Vüsal Həmzəyev və Əkrəm Zamanov hələlik gəmidə şübhəli şəxs qismində saxlanıblar. Gəminin Türkiyə vətəndaşı olan kapitanına qarşı gömrük qaydalarını və xarici dövlət vətəndaşlarının işğal altında olan ərazilərə daxil olması qaydalarını pozmaq maddələri ilə ittiham irəli sürülüb.
|