çap et  
Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
Şənbə, 05.09.2009


Gürcüstan Müdafiə Nazirliyi öz kodifikasiya sistemini NATO-nun bənzər sistemi ilə uyğunlaşdırır. Gürcüstan Müdafiə Nazirliyinə bu istiqamətdə kömək etmək üçün Almaniya Bundesverinin iki eksperti Tbilisiyə gəlib. Ekspertlər keçirdikləri görüşdə təcrübələrini gürcü həmkarları ilə bölüşüblər. Alman ekspertlər NATO kodifikasiyası sistemi ilə bağlı gürcü həmkarlarına təqdimat keçirib və görüşdə texniki məsələlər müzakirə olunub.