Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağa hazırlaşmır və yaxud KTMT Azərbaycanın quruma qəbulu üçün bu ölkə ilə danışıqlar aparmır. Bu barədə KTMT-nin baş katibi Nikolay Bordyuja bildirib. "Hər halda Azərbaycan və təşkilatın katibliyi arasında bu kimi danışıqlar heç vaxt aparılmayıb, indi də aparılmır", - deyə o qeyd edib. Qeyd edək ki, 1992-ci ilin mayında yaradılan KTMT-nin 7 üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan.
|