![]() |
çap et |
|
|||
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər hərbi donanmasının flaqmanı olan "Tatarıstan" raket gəmisi və "Anatoli Qujvin" hidroqrafiya gəmisi Bakıya gələcək. "MilAz" İA-nın bildirdiyinə görə, bu barədə "İtartass" agentliyi məlumat yayıb. "Donanma gəmiləri xidməti tapşırıqlarını yerinə yetirmək üçün Xəzərin mərkəzi və cənub hissəsinə səfər hazırlıqlarına başlayıb", - deyə məlumatda bildirilib.
Məlumatda qeyd olnur ki, iyun ayında Xəzər hərbi donanmasının "Astraxan" kiçik artilleriya gəmisinin Türkmənistanın Türkmənbaşı limanına səfəri planlaşdırılsa da, müəyyən səbəblərdən bu səfər reallaşmayıb. Bakıya səfər də iyun ayına planlaşdırılıb, lakin bu səfər də yubanıb. Agentlik bildirib ki, böyük ehtimalla, səfərə ya Xəzər Hərbi Donanmasının komandanı vitse-admiral Viktor Kravçuk, ya da onun müavini kontr-admiral Vladimir Vdovenko başçılıq edəcək. Buna qədər də Rusiyanın hərbi gəmiləri müxtəlif vaxtlarda Bakıya işgüzar səfərlərə gəlib. |