Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Pilotsuz təyyarə istehsalına başlayırıq
Pilotsuz təyyarə istehsalına başlayırıq
Şənbə, 05.09.2009

mətn ölçüsü  

Azərbaycan gələn ilin ortalarından pilotsuz uçan aparatların ilk örnəklərinin istehsalına başlamağı planlaşdırır. Artıq pilotsuz aparatların istehsalı ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu barədə lent.az-a Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitutunun adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

İlk mərhələdə İsrailin Israel Aerosrace Industries şirkəti ilə birlikdə, əsasən Azərbaycan Silahlı Qüvvələrinin sifarişi əsasında açıqlanmayan sayda orta ölçülü pilotsuz uçan aparatların istehsalı nəzərdə tutulur. Əslində 90 faiz İsrail texnologiyaları əsasında Bakıda yığılacaq bu aparatların bəzi elektrooptik sistemləri Azərbaycan müəssisələrində istehsal olunacaq.

Gələcək perspektivdə isə Azərbaycan mütəxəssislərinin iştirakı ilə yaradılan pilotsuz uçan aparatların və insansız sualtı aparatların istehsalının həyata keçirilməsi planlaşdırılır.

"Defence Industry" dərgisi isə Azərbaycanın İsraillə birlikdə pilotsuz kəşfiyyat aparatları ilə yanaşı pilotsuz, üzəri kiçik raketlərlə silahlandırılmış aparatların da istehsalını gerçəkləşdirmək niyyətində olduğunu yazıb. Dərginin yazdığına görə, bu aparatların üçüncü ölkələrə satışı və marketinqi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbbəxanasında İsrail istehsalı olan 15-ə yaxın pilotsuz uçan aparat var.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Bəlkə oğlumu öldürüblər?"
Əsir əsgərin vəziyyətinin ağır olduğu deyilir

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir
"Doktrina" Mərkəzi: "Müdafiə Nazirliyinin təsir dairəsində olan bir sıra qəzetlərin layihəsi qalib elan olunub"

Üç hərbçi minaya düşüb
Dünən saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu traktoru idarə edərkən minaya düşüb.

Rusiya Bakıya raket gəmisi göndərir
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər hərbi donanmasının flaqmanı olan "Tatarıstan" raket gəmisi və "Anatoli Qujvin" hidroqrafiya gəmisi Bakıya gələcək.

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağa hazırlaşmır və yaxud KTMT Azərbaycanın quruma qəbulu üçün bu ölkə ilə danışıqlar aparmır.

Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
Gürcüstan Müdafiə Nazirliyi öz kodifikasiya sistemini NATO-nun bənzər sistemi ilə uyğunlaşdırır.

MN hərbçiləri üçün bina tikiləcək
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün yaşayış binası tikiləcək.

"Buket" gəmisindəki azərbaycanlılar sərbəst buraxılıb
Onlar 3000 lari cərimə ödəyiblər

"Donuz qripi"nin dalğası planeti bürüyüb
Avropada bir sutkada 1193 nəfər yoluxub

Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb
Bərpa olunmuş tarixi marş səsləndirilib

"Məscidlərimizi qoruyaq" adı altında tədbir keçirilib
Dindarlar "Fatimeyi-Zəhra məscidi"nin sökülməsi haqqında qərara qarşı

"ATV İnternational" erməni dilində də xəbərlər yayacaq
Telekanal bu ayın sonlarında fəaliyyətə başlayır

Daha 30 "reket" qəzetin siyahısı açıqlanacaq
Bəzən 1 şəxs 10-dək qəzet açır...

Blogerlər azad edilmədi
Məhkəmə sentyabrın 16-da davam edəcək

Arabulun məhkəməsi davam edir
Onu sərhədi qanunsuz keçməkdə ittiham edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər