çap et  
Üç hərbçi minaya düşüb
Şənbə, 05.09.2009


Dünən saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu traktoru idarə edərkən minaya düşüb. Yaralılar Sadiq Atayev, Nurlan Məmmədov və Murad Rəhimov müvafiq olaraq Şirvan, İsmayıllı və Gədəbəy rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Onlar müxtəlif dərəcəli bədən xəsarəti ilə ərazidəki "N" saylı hərbi hospitala yerləşdiriliblər. Hazırda yaralıların vəziyyəti yüngül, orta və ağır kimi qiymətləndirilir.