Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Çin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasına tərəfdardır
Çin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasına tərəfdardır
Pekin Azərbaycan və Tayvan arasında əlaqələrin olmamasından məmnundur
Şənbə, 05.09.2009

C.Məzahiroğlu mətn ölçüsü  

"Çin Xalq Respublikası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmasına tərəfdardır". Bunu Çin Xalq Respublikasının Bakı səfiri Çcan Yanyan bildirir. Onun ölkəsi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanla dost və qarşılıqlı fayda verən münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

"Siyasi sahədə iki ölkə arasında qarşılıqlı inam durmadan möhkəmlənir" - deyə səfir Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzindəki dəyirmi masada bildirib. Debatlar "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Çin münasibətləri" mövzusunda keçirilirdi.

Yanyan Azərbaycan və Çinin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyini xüsusi qeyd edib. "Azərbaycan dünyada Çin xalqını təmsil edən bir Çini və Çin hökumətini tanıyır. Azərbaycan Tayvanı tanımır və onu Çinin ayrılmaz hissəsi hesab edir. Azərbaycan Tayvanla heç bir əlaqələr qurmur", - deyə səfir məmnunluqla bildirib.

Öz növbəsində Çin Qarabağ münaqişəsinin MT TŞ-nin 4 qətnaməsinə əsasən həllinin tərəfdarıdır və bu istiqamətdə dünya birliyinin səylərini dəstəkləyir. Diplomat əlavə edib ki, bundan əlavə, beynəlxalq həyatın bir çox aktual problemlərində iki ölkənin mövqeyi üst-üstə düşür. Pekin və Bakı bütün istiqamətlərdə terrorçuluğu, separatizmi və ekstremizmi pisləyir.

Sincan-Uyğur vilayətində baş verən son hadisələri şərh edən səfir bunu "xaricdəki separatçı qüvvələrin təxribatı" adlandırıb.

İkitərəfli iqtisadi münasibətlərə toxunan Yanyan ÇXR-nin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasının tərəfdarı kimi çıxış etdiyini bildirib. Pekin həmçinin Azərbaycan ərazisindən Avrasiya nəqliyyat dəhlizinin inkişafını dəstəkləyir.

Yanyan iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını da məmnunluqla qeyd edib. 2008-ci ildə Azərbaycanla ÇXR arasında ticarət dövriyyəsi 800 milyon dollara çatıb. 12 mindən çox Azərbaycan vətəndaşı ÇXR-ə səfər edib. Azərbaycanda Çin investisiyalarının həcmi yarım milyard dollara çatıb. Azərbaycanda 15 iri ÇXR şirkəti işləyir.

İki ölkə arasında münasibətləri daha da genişləndirmək üçün böyük potensialın olduğunu söyləyən Çcan Yanyan Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə rəsmi səfər etdiyini, keçən il isə Pekin Olimpiadasını izləmək üçün bu ölkədə olan zaman Çin rəhbərliyi ilə çox səmərəli görüşlər keçirdiyini xatırladıb.

Çcan Yanyan 2009-cu il aprelin 1-dən ÇXR-nin Azərbaycanda səfiri vəzifəsində çalışır. 1990-cı illərdə o, ÇXR-nin Ermənistan və Ukraynadakı diplomatik missiyalarında işləyib. 2004-2009-cu illər Çinin Qırğızıstanda səfiri olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq

Yuxarıdan aşağı "sırınan" sülh Cənubi Qafqazda uğur qazanmaz

Bölmənin digər xəbərləri
 
Türkiyə-Ermənistan sərhədindən Qarabağa "gedən yol"
Tarixi şans, yoxsa tarix yenidən dolaşdırılır?

Bölgəmizə dair Stalinin öz niyyətləri varmış
Lakin o zaman tarix öz hökmünü başqa cür verdi

Azərbaycan-Türkiyə münasibətləri ailədaxili məsələdir
Böyük elçi Hulusi Kılıc deyir ki, bu münasibətlərdə hər zaman ilkbahar ovqatı duyulacaq

Erməni - türk barışığı: gərginlik davam edir
"AKP Türkiyənin, yoxsa Ermənistanın hökuməti?"

Aktauda "Kəpəz" və ya "Sərdar"a aydınlıq gələ bilər
Prezident Berdimühəmmədov azərbaycanlı həmkarına zəng vurub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər