Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan-Türkiyə münasibətləri ailədaxili məsələdir
Azərbaycan-Türkiyə münasibətləri ailədaxili məsələdir
Böyük elçi Hulusi Kılıc deyir ki, bu münasibətlərdə hər zaman ilkbahar ovqatı duyulacaq
Şənbə, 05.09.2009

Yasemin Bayer mətn ölçüsü  

Bu günlərdə Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkənin mediasında, hətta söyləyə bilərik ki, dünya mediasında gündəmdə az qala "bir nömrəli" mövzuya çevrilmişdir. Hətta bu münasibətlərin bir "qırılma nöqtəsinə" gəldiyi iddia olunur. Doğrudanmı, Türkiyə-Azərbaycan əlaqələrində yaşanan isti yay mövsümündən sonra solğun bir sonbahar mövsümünə girilir? Biz Türkiyə böyük Elçisi Xülusi Kılıçın münasibətini bilmək istədik və ilk olaraq bu sualı ünvanladıq.

- Öncə mən "Ayna" qəzeti oxucularına sevgi və sayğılarımı çatdırmaq istəyirəm. Bir ildə dörd mövsüm var: ilkbahar, yay, sonbahar, qış. Bizim münasibətlərdə hər zaman ilkbahar ovqatı duyulacaq.

Bilirsiniz, Türkiyə-Azərbaycan əlaqələri kənardan baxdıqda görünməyən ailə münasibətləridir. Görünməyən əlaqələr ailə münasibətlərinə bənzər. Ailə münasibətlərində zaman-zaman enişlər-yoxuşlar olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərində də belə şeylər ola bilər. Fəqət nəticədə ailədaxili maraqlar üstün gəlir.

- Keçdiyimiz aylarda Kayseridə oynanan Türkiyə-Azərbaycan dostluq matçına çıxarkən, dəyərli xocamız Fatih Terim "Bu dostluq matçı deyil, qardaşlıq matçı" deyə vurğuladı. Bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycanın yalnızca siyasi arenada deyil, hər sahədə əlinin güclənərək Qafqazda təsirli bir güc təşkil etməsindən çəkinənlər varmı?

- Türkiyə ilə Azərbaycan dostluğu, qardaşlığı, birliyi heç kimsənin sahib olmadığı bir işbirliyidir. Təbii bir yaxınlaşmadır. Dolayısı ilə, biz bu şəkildə, Türkiyə olaraq, başqasına yönəlik güc təşkil etmirik və bizim amacımız burada münasibətləri inkişaf etdirməkdir. Bu da özümüz üçündür, başqası üçün deyildir. Bunun bir təhdid təşkil etdiyini düşünmək yanlış olur.

- Azərbaycanda Türkiyədən Rəşad Nuri Güntəkin, Nazim Hikmət və Necip Fazil Kısakürək tanınır - deyə bilərik. Onlardan başqa hardasa bir çox yazıçı və şairimizin əsərinin tanındığını söyləmək, əfsuslar olsun ki, o qədər də mümkün deyil. Eyni problemləri Azərbaycan Türkiyədə yaşayır.

REKLAM

2007-ci ildə İstanbulda TÜYAP beynəlxalq kitab yarmarkasında düzənlədiyim "Azərbaycandan romanla səyahət" paneli, İstanbul Kültür Universitetində "Azərbaycan ədəbiyyatı və mətbuatı" konfransı, Bakırköy İşadamları Dərnəyində "Xəzər kıyısında Yerlə Göy" adını verdiyim və Türkiyədə ilk dəfə yayımlanan "Azərbaycan Hekayə Antologiyası" kitabının təqdimatı maraq doğurdu. Bakı Slavyan Universitetinin rektoru və yazıçı, professor Kamal Abdulla, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və mənim məruzəçi olaraq qatıldığımız bu toplantılar iki ölkə arasındakı əlaqələrə kiçik də olsa, bir töhfə idi. İstanbul Kültür Universiteti ilə Bakı Slavyan Universiteti arasında ortaq işbirliyi anlaşması imzalandı. Ədəbi və mədəni əlaqələrin daha məhsuldar hala gətirilməsi üçün nələr tövsiyə edərsiniz?

- Gerçəkdən haqlısınız. Amma heç olmasa bu yazarların burada tanınması özlüyündə yaxşı bir haldır. Çünki 70 il qapalı qalan bir sistemdən sonra yeni bir sistem qurulmuşdur. Azərbaycanın on səkkiz illik bir bağımsızlıq keçmişi var. Təbii ki, bizim də iştirakımızla bu sahədəki boşluqları aradan qaldırmağımız gərəkdir. Biz dövlət olaraq, öhdəmizə düşənləri yerinə yetirəcəyik. Sizlərə - ədəbiyyatçılara, qəzetçilərə də böyük işlər, vəzifələr düşür. Baxdığınızda, başqa ölkələrin bu gün burada kitab evləri var, hətta gündəlik qəzetlərinin satıldığını görürük, amma Türkiyənin yox...

- Azərbaycandan öncə hansı ölkələrdə xidməti vəzifələrdə oldunuz?

- Azərbaycandan öncə mən Fransa, Əlcəzair, Bolqarıstan, Kanada, Gürcüstan və Suriya kimi ölkələrdə xidmət etdim. Ardınca Ankarada iki il qaldıqdan sonra, yenidən xaricə təyinat verildi. O vaxt mənim başqa ölkələrə də getmə şansım vardı. Avropadakı bir çox ölkəyə gedə bilərdim - bunlar Paris ola bilərdi, Roma ola bilərdi. Lakin Azərbaycanı seçdim, Azərbaycanda çalışmaq istədim. Bunu özüm istədim, özüm arzu etdim.

- Nədən?

- Mənim seçmə haqqım vardı. Nədən? - deyə sual edirsiniz. Çünki Azərbaycanda böyük elçi olmaq mənim röyam idi. Bu röya gerçəkləşdi. Mən Azərbaycana bir millətin səfiri olmaq üçün gəldim. Bu məsələdə gerçəkdən çox şanslıyam. Burda hər kəsdən yaxınlıq gördüm. Burada xidmət etmək gerçəkdən şans. Biz hər zaman deyirik ki, bizim mənafeyimiz, maraqlarımız Azərbaycanın maraqları ilə eynidir. Bir iş görərkən həm Türkiyə, həm Azərbaycan üçün gördüyümə inanıram.

- Azərbaycana gəldiyinizdən bu yana, Bakıdan kənarda hansı şəhərlərdə oldunuz?

- Bakıdan kənarda, Gəncə başda olmaqla bütün şəhərlərdə olmuşam deyə bilərəm - Şəki, Lənkəran, Masallı, Quba, Xaçmaz, Qax, Qəbələ, Tovuz, Qusar, Mingəçevir, Göyçay.... İki-üç şəhər qaldı ki, hələlik görmək imkanım olmadı.

- Həyatınızı təzədən yaşamaq fürsətiniz olsaydı, nə edərdiniz?

- Hər halda, eyni peşəni seçərdim. Peşələri çox da yaxşı tanımıram. Bu, çox çətin və məsuliyyətli, amma çox şərəfli və qürurverici bir peşədir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Türkiyə-Ermənistan sərhədindən Qarabağa "gedən yol"
Tarixi şans, yoxsa tarix yenidən dolaşdırılır?

Bölgəmizə dair Stalinin öz niyyətləri varmış
Lakin o zaman tarix öz hökmünü başqa cür verdi

Çin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasına tərəfdardır
Pekin Azərbaycan və Tayvan arasında əlaqələrin olmamasından məmnundur

Erməni - türk barışığı: gərginlik davam edir
"AKP Türkiyənin, yoxsa Ermənistanın hökuməti?"

Aktauda "Kəpəz" və ya "Sərdar"a aydınlıq gələ bilər
Prezident Berdimühəmmədov azərbaycanlı həmkarına zəng vurub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər