Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dünya Bankı və BVF təcavüzkara kredit verir
Dünya Bankı və BVF təcavüzkara kredit verir
Bununla beynəlxalq qətnamələri pozmurlarmı?
Şənbə, 05.09.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Azərbaycana qarşı təcavüzə əl atmış, müharibə törətmiş olan Ermənistanı ağır iqtisadi durumdan çıxarmağa beynəlxalq səylər davam edir. Belə ki, 2009-2012-ci illər ərzində Dünya Bankı Ermənistana 670-700 milyon dollar, Beynəlxalq Valyuta Fondu bu ildən başlayaraq 823 milyon dollar və Rusiya isə 500 milyon dollar kredit ayıracaq...

İqtisadçı ekspert Vüsal Qasımlı deyir ki, müharibə aparan ölkəyə kredit verilməsi BVF və Dünya Bankının nizamnaməsinə ziddir. İkincisi, BVF və Dünya Bankı BMT-nin çətiri altında fəaliyyət göstərir və BMT-nin məlum qətnamələrinə görə Ermənistan işğalçıdır və bu mənada müharibə aparan dövlətdir, deməli, ona kredit ayırmaq olmaz.

Azərbaycanın BVF-də 160,9 milyon SDR və ya 250 milyon dollar kvotası var. İqtisadçı davam edir: "Yaddan çıxarmaq olmaz ki, BVF-nin sərbəst vəsaitləri məhz üzv dövlətlərin, o cümlədən Azərbaycanın ödədiyi pullar hesabına formalaşır. Bu halda Azərbaycanın da hesabına formalaşan BVF vəsaitlərinin sonradan Ermənistana istiqamətləndirilməsi nə qədər əxlaqidir? Eləcə də, Ermənistana kredit vermək sırasına dayanan Dünya Bankı və başqa beynəlxalq təşkilatların büdcəsinin formalaşmasında Azərbaycanın da ödədiyi üzvlük haqları rol oynayır".

Sırf maliyyəçilik baxımından, Ermənistana kredit verilməsi zamanı bu ölkənin tədiyyə qabiliyyətinin nə dərəcədə nəzərə alındığı şübhə doğurur, yəni bu il iqtisadi inkişaf tempi mənfi beş faiz, gələn il isə sıfır faiz olacaq. Ermənistanın hansı resurslar hesabına xarici borclarını qaytarması sual altındadır. V.Qasımlı deyir: "Qarşıdakı 10 il ərzində Ermənistanın xarici borcu onun ümumi daxili məhsulunun 50 faizinə çatacaq və ölkənin valyuta ehtiyatlarını 2-2,5 dəfə üstələyəcək, bu isə defolt səviyyəsinə uyğundur. ÜDM-nin 30 faizə qədəri xaricdən göndərilən pul baratları, yardımlar və kreditlərdən formalaşan Ermənistan hansı iqtisadi əsaslara söykənərək xarici borcları qaytaracaq? Elə indidən Ermənistanın xarici borclara xidmət sahəsində nə dərəcədə üzüağ çıxacağı bilinir".

Bu ilin martında Ermənistana 540 milyon dollar kredit ayıran BVF sonradan ölkədə vəziyyətin daha da ağırlaşdığını görüb, kredit həcmini 823 milyon dollara çatdırdı. Nəzərə almaq lazımdır ki, Ermənistan BVF-yə olan borcun əsas hissəsini 5 ilə qaytarmalıdır. Məsələn, təkcə BVF-yə 2012-ci ildə 105 milyon dollar və 2013-cü ildə isə 145 milyon dollar borc qaytarmalıdır. Necə? BVF-nin tövsiyəsinə uyğun olaraq, vergi yükünü artırmaqlamı?

Fəqət artan vergi yükü Ermənistanda olan-qalan iri biznesi də zəiflədəcək ki, bu da ölkənin tədiyyə qabilyyətinə mənfi təsir edəcək. Bir şey aşkardır ki, Ermənistan borc bataqlığındadır və hər növbəti tranş bu ölkəni bir qədər də bataqlığa dartır. Ermənistanın xarici borca xidmət səviyyəsinin ən dramatik vaxtlarında Azərbaycan öz neft gəlirlərinin kulminasiya dövrünü yaşayacaq.

Belə bir fikir var ki, Qərb maliyyə qurumlarının Ermənistana bu şəkildə marağı nəticə etibarı ilə bu ölkəni Rusiyanın nəzarətindən qoparmağa hesablanıb. Amma iqtisadçıların fikrincə, bu metod arzu edilən nəticəni verməyəcək. Hesab olunur ki, Azərbaycan dövləti Ermənistana kredit verilməsini dayandırmaq tələbi ilə Dünya Bankı, BVF və başqa beynəlxalq maliyyə qurumlarına müraciət edə bilər. BVF strukturunda 2001-ci ildən fəaliyyət göstərən və fond rəhbərliyinə təsir gücü olan Müstəqil Qiymətləndirmə Ofisinə də müraciət edilə bilər. Adıkeçən ofis öz fəaliyyətini həm də fond üzvlərindən daxil olan müraciətlər əsasında qurur. Müstəqil Qiymətləndirmə Ofisinə müraciət etməklə, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayan və hər gün atəşkəs rejimini pozan Ermənistanın öz hərbi büdcəsi ilə müqayisə olunan həddə BVF-dən kredit almasının nə dərəcədə qanuni və ədalətli olması aydınlaşar.

Beləliklə sağ əli ilə Qərbdən kredit alan Ermənistan sol əli ilə həmin vəsaitlə rus silahı alır və bu yolla başqasının ərazisini işğalda saxlayır. Məsələ həm də BVF Etika Ofisinə çatdırıla bilər. Etika Ofisi qeyri-etik hərəkətlərlə bağlı araşdırma aparıb BVF rəhbərliyinə tövsiyələr edir. Azərbaycan dövləti adından Ermənistana kredit ayrılması məsələsi bu qurumda müzakirəyə çıxarıla bilər.

Vüsal Qasımlı bu məsələdə Azərbaycan toplumunu fəal olmağa çağırır. Belə ki, BVF strukturunda fəaliyyət göstərən Qaynar Xəttə işğalçı Ermənistana kredit verilməsinə etiraz olaraq kütləvi şəkildə müraciətlər təşkil oluna bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan dünyanı aldadır

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Ermənistan ordusunun çağırışçı problemi

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Bölmənin digər xəbərləri
 
İpoteka kreditləşməsində növbəti fasilə yarana bilər
İpoteka istiqrazı hərraclarında investorlar "yoxa çıxıb"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər