Voleybol yığmamız yol üstədir
|
Şənbə, 05.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası səfərə hazırlaşır. Sentyabrın 10-da Belarusa yollanacaq yığmamız ertəsi gün Mogilyov şəhərində başlanan beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Faiq Qarayevin komandası Belarus, Türkiyə və Ukrayna ilə üz-üzə gələcək. Turnir başa çatdıqdan sonra yığmamız Baranoviçi şəhərində təlim-məşq toplanışı keçəcək. Burada voleybolçularımızı Belarus və İsrail yığmaları ilə yoldaşlıq görüşləri gözləyir. Təlim-məşq toplanışı sentyabrın sonunda Polşada təşkil olunacaq Avropa çempionatının qrup seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.
|
|
|
Oxşar xəbərlər:
Dumanlı perspektiv
|
|
|