Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Elmar Qasımov: "Yerevana Azərbaycan bayrağını qaldırmağa gedirəm"
Elmar Qasımov: "Yerevana Azərbaycan bayrağını qaldırmağa gedirəm"
Şənbə, 05.09.2009

mətn ölçüsü  

Sentyabrın 11-də Yerevanda cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Avropa birinciliyində Azərbaycan idmançılarının iştirakı əvvəlcə sual altında olsa da, hər iki ölkənin ali idman qurumları arasında təhlükəsizliklə bağlı razılaşma imzalanmasından sonra bu məsələ yoluna qoyulub. Beləliklə, cüdo yığmamızın Yerevana gözlənilən səfəri baş tutacaq.

Gənclər arasında Avropa çempionatında mübarizə aparacaq cüdoçularımızdan biri də Elmar Qasımovdur. O, iki həftə əvvəl Rotterdamda keçirilən böyüklər arasında dünya çempionatında beşinci yeri tutub. 100 kq çəki dərəcəsində mübarizə aparacaq gənc atlet yarış ərəfəsində "azerisrort.com"a açıqlama verib. Müsahibəni qısa ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.

- Cüdoçularımızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi xəbərini necə qarşıladın?

- Bu xəbərə çox sevindim. Çünki indiyə kimi heç bir azərbaycanlı idmançı Ermənistanda keçirilən yarışda çıxış etməyib. Odur ki, cüdo üzrə gənclərdən ibarət yığmamız Yerevanda mübarizə aparan ilk komanda olacaq.

- Yəqin ki, bu yarışa münasibət də xüsusi olacaq...

- Sözsüz. Heç də hər bir idmançının əlinə belə fürsət düşmür - Azərbaycan bayrağını Yerevanda qaldırmaq.

- Yığmamız bu çempionatda nəyə ümid edir?

- Yerevana medal qazanmaq üçün gedirik. Çünki indi komandada yüksək vəzifələrin öhdəsindən gələ biləcək atletlər var. Cüdoçularımızın hər biri yüksək əyarlı mükafatlar uğrunda mübarizə apara bilər. Məncə, bizim minimum iki medal qazanmaq şansımız var.

- Bəs sən özün Yerevanda nəyə ümid edirsən?

- Yerevanda Azərbaycan bayrağını qaldırmağa çalışacağam.

- Dünya çempionatından sonra özünə gələ bilmişsən?

- Hələ tam özümə gələ bilməsəm də, Avropa çempionatınadək əvvəlki formamı bərpa edəcəyəm. Bu yarışda nəyə qadir olduğumu göstərməyə çalışacağam. Bizdən həm də sıx yarış təqviminə öyrəşmək tələb olunur. Çünki gələn ildən lisenziya xarakterli yarışlar başlayacaq və London Olimpiadasına qədər istirahət olmayacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar

Qadın cüdoçumuza Avroçempionatda bürünc medal

Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır

Bölmənin digər xəbərləri
 
Ümidləri doğruldan yoxdur
Belə getsə, boks üzrə dünya çempionatında medalsız qalacağıq

Bu gün: Azərbaycan - Finlandiya
Seçmə mərhələdə qələbəyə həsrət qalan futbol yığmamız skandinaviyalılardan əvəz çıxmağa çalışacaq

Yığmanın keçmiş üzvü "Lokomotiv"də
Azərbaycan milli yığma komandasının sabiq futbolçusu Narvik Sirxayev məşqçilik fəaliyyətinə başlayıb.

Kubokun püşkü atıldı
Dünən AFFA-nın mənzil-qərargahında 2009/10-cu illər mövsümü üçün

Voleybol yığmamız yol üstədir
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası səfərə hazırlaşır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər