Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Bu gün: Azərbaycan - Finlandiya
Bu gün: Azərbaycan - Finlandiya
Seçmə mərhələdə qələbəyə həsrət qalan futbol yığmamız skandinaviyalılardan əvəz çıxmağa çalışacaq
Şənbə, 05.09.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsi sona yaxınlaşmaqdadır. Bu gün və gələn həftənin çərşənbə günü seçmə mərhələ çərçivəsində Avropa zonası üzrə 46 oyun keçiriləcək. Bununla da dünya çempionatına vəsiqə qazanacaq ilk komandalar bəlli olacaq. Hələliksə, yalnız Hollandiya yığması mundialın həlledici mərhələsində oynamaq hüququ əldə edib.

4-cü qrupda yer alan millimiz Lənkəranda Finlandiya yığmasını qəbul edəcək. Bu qrupda yığmamızdan başqa Almaniya, Rusiya, Uels və Lixtenşteyn komandaları da mübarizə aparır. Berti Foqtsun başçılıq etdiyi yığmamız bu seçmə mərhələdə altı oyun keçirib. Futbolçularımız Finlandiya, Rusiya yığmalarına səfərdə, Almaniya və Uels millisinə isə Bakıda uduzublar. Millimiz yeganə xalını Lixtenşteyn yığması ilə Bakıda keçirdiyi oyunda qazanıb. Azərbaycan hazırda yalnız Lixtenşteyni qabaqlayaraq 1 xalla qrupda beşinci yerdədir. Komandamızın çıxış etdiyi qrupda Almaniya komandası 19 xalla birincidir. İkinci pillədə qərarlaşan Rusiya yığmasının 15 xalı var. Finlandiya 10 xalla üçüncü, Uels yığması isə 9 xalla dördüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, yığmamız bu seçmə mərhələdə Finlandiya yığmasına qarşı ilk matçını ötən il oktyabrın 11-də Helsinkidə keçirib. Həmin oyunda çox yaxşı təsir bağışlayan futbolçularımız qapımıza görüşün 62-ci dəqiqəsində təyin edilən 11 metrlik cərimə zərbəsi nəticəsində minimal hesabla uduzublar. O zaman Mikael Forsell fərqlənmişdi. Komandamız bu dəfə Lənkəranda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Bakı" və "Qarabağ"ın avrokuboklarda çıxışı yığma üzvlərində özünəinam hissini artırıb. Yığmamızın yaxşı nəticə göstərəcəyinə təsir edəcək digər müsbət bir amil isə lənkəranlı futbolsevərlərin komandamıza güclü dəstək verməsidir. Millimizin baş məşqçisi Berti Foqts Lənkəranda keçiriləcək oyunla bağlı yerli mətbuata bunları deyib: "Bizi Stüart Baksterin komandasına qarşı çətin oyun gözləyir. Finlandiya üzərində qələbə qazansaq, bu, sensasiya olacaq. Çünki skandinaviyalılar qrupda üçüncü yerdədilər".

Azərbaycan - Finlandiya matçı Bakı vaxtı ilə 20.00-da başlanacaq.

Bu gün seçmə mərhələ çərçivəsində bu qarşılaşmalar da baş tutacaq: Ukrayna - Andorra, Şotlandiya - Makedoniya, Rusiya - Lixtenşteyn, Ermənistan - Bosniya-Herseqovina, Moldova - Lüksemburq, Bolqarıstan - Çernoqoriya, Macarıstan - İsveç, Danimarka - Portuqaliya, İsrail - Latviya, Türkiyə - Estoniya, Gürcüstan - İtaliya, Kipr - İrlandiya, Xorvatiya - Belarus, Polşa - Şimali İrlandiya, Slovakiya - Çexiya, İsveçrə - Yunanıstan, Avstriya - Farer adaları, İslandiya - Norveç, Fransa - Rumıniya.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ümidləri doğruldan yoxdur
Belə getsə, boks üzrə dünya çempionatında medalsız qalacağıq

Elmar Qasımov: "Yerevana Azərbaycan bayrağını qaldırmağa gedirəm"
Sentyabrın 11-də Yerevanda cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Yığmanın keçmiş üzvü "Lokomotiv"də
Azərbaycan milli yığma komandasının sabiq futbolçusu Narvik Sirxayev məşqçilik fəaliyyətinə başlayıb.

Kubokun püşkü atıldı
Dünən AFFA-nın mənzil-qərargahında 2009/10-cu illər mövsümü üçün

Voleybol yığmamız yol üstədir
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası səfərə hazırlaşır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər