Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Ümidləri doğruldan yoxdur
Ümidləri doğruldan yoxdur
Belə getsə, boks üzrə dünya çempionatında medalsız qalacağıq
Şənbə, 05.09.2009

İ.Rəfiyev mətn ölçüsü  

İtaliyanın Milan şəhərində boks üzrə dünya çempionatı keçirilir. Yarışların dörd günü arxada qalsa da, Azərbaycan boksçularının çıxışı hələ ki sevinməyə əsas vermir.

Azərbaycan yığması çempionatda 10 boksçu ilə təmsil olunur: Elvin Məmişzadə (48 kq), Nihat Seyidov (51 kq), Rahim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Ruslan Qasımov (60), Ramal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq), Fərid Ağayev (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq).

Start boksçularımız üçün uğursuz olub. Azərbaycan boksçularından mübarizəyə hamıdan əvvəl qoşulan Nihat Seyidov Pekin Olimpiadasının bürünc mükafatçısı, italiyalı Vinçenso Pikardiylə qarşılaşıb. Nihatdan 9 yaş böyük olan Viçensonun döyüş təcrübəsi də karına gəlib və o, 17:2 hesabı ilə qələbə qazanıb.

Rəhim Nəcəfov isə irlandiyalı Con Nevinlə yumruq döyüşdürüb. Təəssüf ki, o, britaniyalı boksçunun zərbələri qarşısında duruş gətirə bilməyib və böyük hesabla uduzub - 19:4. Rəhimlə eyni gündə rinqə çıxan Fərid Ağayev (75 kq) də məşqçiləri sevindiyə bilməyib. Xorvat Stipiça Brekalo ilə görüşdə mübarizənin taleyi döyüşün son dəqiqələrində həll olunub. Üç dəqiq zərbədən sonra rəqib 11:8 hesabı ilə Fəridə üstün gəlib.

Ruslan Qasımov braziliyalı Everton Lopesə qarşı döyüşüb. Təəssüf ki, Ruslan da komanda yoldaşları kimi uğursuz çıxış edib və 10:2 hesabı ilə uduzub. İlkin Ağayev də çıxışını dayandıranlar sırasına qoşulub. O, ekvadorlu Luisom Porozonun öhdəsindən gələ bilməyib. Döyüş heç-heçə (5:5) başa çatsa da, hakimlər qələbəni daha fəal olan L.Porozaya veriblər. Elvin Məmişzadə isə Hindistan boksçusu Nanao Sinxu Txokçomuya uduzub - 6:21. Beləliklə, yarışların ilk iki günü beş boksçumuz mübarizədən kənarda qalıb.

Dünya çempionatının üçüncü günü boksçularımız üçün nisbətən uğurlu olub. Elçin Əlizadənin cənubi afrikalı Manqanyi Massane ilə döyüşü hesab 20:3 boksçumuzun xeyrinə olarkən dayandırılıb. Belə ki, hakimlər döyüş qaydalarını kobud şəkildə pozduğuna görə Massaneni diskvalifikasiya ediblər. Beləliklə də, Elçin ilk mərhələni keçən ikinci boksçumuz olub. Ondan əvvəl isə Emil Məhərrəmov (69 kq) qanalı Həbib Əhmədi 17:5 hesabı ilə üstələyib. Emil ikinci mərhələdə Qazaxıstan boksçusu Serik Sapiyevlə, Elçin isə rusiyalı Yeqor Mexontsevlə döyüşəcək.

Yarışların dördüncü günü daha iki boksçumuz rinqə çıxıb. İlk mərhələdən azad olan Romal Amanov 1/16 finalda fransalı Aleksis Vastenlə döyüşüb. Elnur Qədirov isə litvalı Dauqirdas Semiotasla qüvvəsini sınayıb. Bu döyüşlər dünən gecə saatlarında keçirilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Namiq Abdullayevi yola salmaq lazımdır

Bölmənin digər xəbərləri
 
Bu gün: Azərbaycan - Finlandiya
Seçmə mərhələdə qələbəyə həsrət qalan futbol yığmamız skandinaviyalılardan əvəz çıxmağa çalışacaq

Elmar Qasımov: "Yerevana Azərbaycan bayrağını qaldırmağa gedirəm"
Sentyabrın 11-də Yerevanda cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Yığmanın keçmiş üzvü "Lokomotiv"də
Azərbaycan milli yığma komandasının sabiq futbolçusu Narvik Sirxayev məşqçilik fəaliyyətinə başlayıb.

Kubokun püşkü atıldı
Dünən AFFA-nın mənzil-qərargahında 2009/10-cu illər mövsümü üçün

Voleybol yığmamız yol üstədir
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası səfərə hazırlaşır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər