Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Behişti-Zəhra"da gizli basdırılan talesizlər
"Behişti-Zəhra"da gizli basdırılan talesizlər
Vəhşətin təfərrüatları indi-indi gün işığına çıxır
Şənbə, 05.09.2009

S.Soltan mətn ölçüsü  

1979-cu ilin fevral inqilabından sonra hakimiyyətə yenicə gəlmiş qüvvələr qoyduqları qayda-qanunları pozanları, müxalifəti zindanlarda məhkəməsiz edam edirdi. Onların edamına sərf edilmiş güllənin pulunu isə məhkumun ailəsindən alırdı. Məhbus qızlar həbsxana nəzarətçiləri tərəfindən siğə olunur, zorlanır, sonra edam olunurdu. Bu talesiz insanlar şəhərin "lənətlənmişlər" adlandırılan qəbristanlığında adsız, başdaşı qoyulmadan gizlicə basdırılırdı.

Otuz il öncə öldürülmüş həmin talesizlərin doğmaları və yaxınları bir neçə ay əvvəl həmin məzarlığa toplaşmışdılar. Bu insanlar öz yaxınlarının məzarlarının müəyyən edilməsini istəmişdilər. Təməlində zorakılıq və vəhşət dayanan bu hakimiyyətin polisləri bu istəyi, təbii ki, əngəllədi.

Prezident seçkisinin nəticələrinə etiraz edənlərin zindanlarda başına açılan müsibətlər təzə praktika deyil və 30 illik təcrübəyə əsaslanır. Son prezident seçkilərindən sonra zindanlarda işgəncələr altında həlak olmuş 44 nəfərin meyitinin gizli şəkildə basdırılması faktı ötən həftə öz təsdiqini tapdı və hadisə həm İranda, həm də dünyada böyük əks-səda doğurdu. Vahiməyə düşən Tehran "Behişti-Zəhra" qəbristanlığının baş direktoru Mahmud Rzaianı tutduğu vəzifədən azad etməyə tələsdi.

Kəhrizək adlı həbsxanada - "İran Quantanamosu"nda məhbusların işgəncəyə məruz qoyulması faktını da hakimiyyət əvvəlcə inkar edirdi. Amma sonra bu hadisə ayətulla Xamneyi səviyyəsində etiraf olundu. Şəkillər saytlarda yayıldıqdan sonra qarışıq və çaşqın bəyanatlar verməklə canını qurtarmağa çalışdı. Parlament araşdırma komissiyasının üzvü Həmidrza Katuzian deyib: "Son hadisələrdə həlak olanların kütləvi şəkildə gizlicə basdırılması məsələsini bəzi deputatlarla müzakirə etmişik". Deputat bu qəbristanlığın 302-ci bölümündə kimliyi müəyyənləşdirilməmiş meyitlərin basdırıldığını təsdiq edib. Deputat parlamentdəki açıqlamasında meyitlərin kimliyinin müəyyənləşdirilməsinin qanuni yolla gerçəkləşdirilməsini istəyib.

Ötən gün isə adıçəkilən qəbristanlıqda gizli basdırılanlardan birinin şəxsiyyəti məlum olub. Bu, Səidə Purağayidir.

"Mediaforum"un məlumatına görə, binanın damında "Allahu-Əkbər!" şüarı verərkən mülki geyimli şəxslər onu tutaraq, naməlum istiqamətə aparıblar. Adının açıqlanmasını istəməyən bir şəxs Səidənin ailəsinə deyib ki, qız zindanda islam rejimi məmurları tərəfindən dəfələrlə zorlandıqdan sonra cinayətin izləri itsin deyə, bədəninin dizdən yuxarı hissəsi yandırılaraq, qətlə yetirilib. Rejim məmurları ailəni hədələyərək, "Səidənin böyrək xəstəliyindən öldüyünü" demələrini tapşırıblar.

Bundan başqa Rza Əllaməzadənin İran zindanlarında qadın siyasi məhbusların zorlanmasına dair iki sənədli filmi - "İndi çox yorğunam" və "Bəli, halım yaxşıdır" yayılıb. Müsahibə əsasında hazırlanmış filmlər 1980-ci illərdə Tehranın "Evin" zindanında iki siyasi məhbus qadının çəkdiyi əzablardan bəhs edir. Filmləri Rza Əllaməzadə 4 il öncə Stokholmda çəksə də, onu İranda prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən və tutularaq zindanda zorlananlarla söhbət etdikdən sonra yaymaq qərarına gəldiyini söyləyib.

Son seçkilərdə prezidentliyə iddiaçılar isə onlarda zindanlarda işgəncə altında öldürülümüş azından 69 nəfərlik bir siyahı olduğunu bildirmişdilər.

 



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Güneydə "Kərkük variantı"?
Türk bölgələrində "kürdləşdirmə"yə yaşıl işıq

Xudafərin barədə Tehranda kitab buraxılacaq
Orada bu tarixi abidənin farslara aidliyi "sübut olunacaq"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər