Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Güneydə "Kərkük variantı"?
Güneydə "Kərkük variantı"?
Türk bölgələrində "kürdləşdirmə"yə yaşıl işıq
Şənbə, 05.09.2009

S.Sədrəddin mətn ölçüsü  

Belə görünür, Güney Azərbaycanda tarixən etnik türklərin yaşadığı bölgələrdə "Kərkük variantı" işə salınıb. Əgər İraqın Kərkük və şimalın bütün türkmən bölgələrində kürdlərin xüsusi çəkisinin artırılması işini amerikalılar həyata keçirdisə, İranda bu işi islam rejimi həyata keçirir. Kürd qruplaşmaları İranın bir sıra qərb rayonlarını öz xəyali xəritələrinə daxil etdikləri, onların terror dəstələrinin (PJAK) İrana qarşı əməliyyatlar apardıqları, bu dəstələrlə vaxtaşırı toqquşmaların baş verdiyi bəllidir. Amma hakimiyyət tərəfindən həmin kürdlərin bir kütlə olaraq türk bölgələrində sayca üstün mövqeyə çıxarılmasına cəhdlər göstərildiyi də bir gerçəkdir. Ziddiyyət də bundadır.

Belə görünür, kürd terror qruplaşmalarının təhdidləri Tehran üçün qorxulu deyil. Onları daha çox dinc, rejimə qarşı terroru bir mübarizə vasitəsi seçməyən türk əhali - ölkənin etnik çoxluğu halına gəlmiş bir toplum qorxudur. Və onlar kürd etnik kütləsindən Türkiyə ilə sərhəd boyunca ayırıcı zolaq biçimləmək fikrinə düşüblər.

Məsələn, Soyuqbulaq dünənədək bir türk şəhəri idi. Amma uzun illər fars şovinizmi və Tehran hakimiyyəti buranın etnik tərkibini dəyişməyə çalışıb, yerli türkləri isə assimilyasiya etməyə cəhdlər göstərmişdir. Bu şəhər 1945-ci ildə Azərbaycan Milli Hökuməti tərəfindən kürdlərə bağışlanmışdı ki, öz qurumlarını burada yerləşdirsinlər. Anlaşmaya əsasən, Soyuqbulağın türk əhalisinin Kürdüstanda muxtar mədəni hüququnun tanınması da yer almışdı. Sonradan bu şəhər "Mahabad" adlandırıldı. İndi isə kürdlər bu şəhəri tam mənimsəyiblər. Bu bir yana, bu mahala tabe olan türklərin başqa rayonlarını da "mənimsəmək" istəyirlər. "Mahabad" adlandırılan keçmiş Soyuqbulaq bu gün "kürd şəhəri" kimi təbliğ olunmaqdadır. Tehran bu baş verənlərə seyrçidir.

"Baybak"ın məlumatına görə, bu günlərdə "Yusif peyğəmbər" adlı teleserial kürdcəyə tərcümə edilərək, Güney Azərbaycanın bu şəhərindəki yerli televiziyada nümayiş olunur.

REKLAM

Müşahidəçilərin dediyinə görə, adı çəkilən film kürdcəyə tərcümə olunursa, o zaman bu serialı nədən kürdlərin daha çox yaşadığı Kürdüstanda yayımlamırlar? Özü də bu film məşhur antitürk TV-də - "Səhər" telekanalından göstərilir.

Tehran hakimiyyətinin Güney Azərbaycana qarşı siyasəti kürdlərin türk torpaqlarına iştahasının artmasına yardım edir. Bu sırada Qərbi Azərbaycan əyaləti də var. Bu bölgədə, Qoşaçay və Soyuqbulaq rayonları arasında Badam kəndi yerləşir. Kənd qonşu türk kəndləri ilə birlikdə uzun illərdir, özəlliklə 1979-cu il inqilabından sonra dəfələrlə kürd terror qruplarşmalarının silahlı basqınlarına məruz qalır. Belə terror aksiyaları nəticəsində əliyalın yerli türklərin çoxu öz dədə-baba kəndlərindən köçməyə məcbur olub. Buraya gəlmə kürdlər gətirilib yerləşdirilib. Belə bir vəziyyət isə yerlilərlə gəlmələr arasında zaman-zaman qarşıdurmalara səbəb olur.

Bu günlərdə Badam kəndinin kürd kökənli başçısı quraqlıqla bağlı verilən kredit, gübrə və unu mənsub olduğu etnik qrup arasında paylayıb. Bu ədalətsizliyə dözməyən yerli türklər etiraz ediblər. Bu isə kürd-türk qarşıdurmasına səbəb olub. Məsələ ilə bağlı hakimiyyətə müraciət olunsa da, indiyə qədər bir nəticə yoxdur.

Bir neçə il öncə Sənəndəc şəhərindən olan deputat Bəhaəddin Ədəb adlı bir kürd Urmiya şəhərinin kürdlərə aid olduğunu vurğulamışdı. Bu yaxınlarda isə Urmiya bələdiyyə şurasının üzvü, kürd etnik qrupuna aid olan Xədicə Mənsuri də bu şəhərin "kürd şəhəri" olduğunu söyləyib. O, buradakı Azərbaycan türklərini "qonaq" adlandırıb. Kürdlərə aid saytlarda vilayətin böyük hissəsi "Kürdüstan" daxilində göstərilir.

İranın televiziya verilişlərində bu kimi məsələlər qabardılmaqdadır. Ötən il nümayiş etdirilən "Səmaya səfər" adlı sənədli filmdə Urmiya kürd şəhəri kimi təqdim olundu və bu əhvalat türklərin hiddətinə səbəb oldu.

Keçən il Xoy şəhərində keçirilmiş "Şəms" adlı festivalda İranın keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi bu şəhərin açarını kürd müğənnisi Şəhram Naziriyə bağışladı. Tehran hakimiyyətinə yaxın olan "Came-Cəm" qəzeti isə öz saytında "Böyük Kürdüstan"ın xəritəsini yerləşdirərək, Güney Azərbaycan şəhərlərini kürd şəhərləri kimi təqdim etmişdi.

İranın qərb coğrafiyasındakı tarixi türk torpaqlarına yiyələnmək istəyən kürdlərin niyyətləri bəllidir:

- Türklərin çoxluq təşkil etdiyi Qərbi Azərbaycandan parlamentə kürd deputatların seçilməsinə nail olmaq;

- Qərbi Azərbaycan əyalətində demoqrafik vəziyyəti kürdlərin xeyrinə dəyişmək və bu bölgədə çoxluğun onlardan ibarət olduğunu dünyanın diqqətinə çatdırmaq;

- İran rəhbərliyinin Güney Azərbaycana qarşı yürütdüyü siyasətdən yararlanaraq, torpaqlarımızda "Kordistani-Mokrian" adlı bir əyalətin yaranmasına, bunun üçün əvvəlcə Qərbi Azərbaycan əyalətinin bölünməsinə, sonra isə onun ləğvinə nail olmaq.

Bir sözlə, İran türkləri böyük bir təhdid qarşısındadır. Türkiyə ilə sərhəd boyunca səpələnmiş türk kəndlərində əhali üçün dözülməz şərait yaradılır. Güney Azərbaycanla Türkiyə arasında "kürd zolağı" yaratmaqla İran hakimiyyətinin nə demək istədiyi üzərində ciddi düşünmək gərəkir. Bu zolaqda isə Urmiya, Salmas, Sulduz, Xoy, Maku və s. yerləşir...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Xudafərin barədə Tehranda kitab buraxılacaq
Orada bu tarixi abidənin farslara aidliyi "sübut olunacaq"

"Behişti-Zəhra"da gizli basdırılan talesizlər
Vəhşətin təfərrüatları indi-indi gün işığına çıxır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər