çap et  
Vaxtanqov Kukla Muzeyinin eksponat sərgisi
Şənbə, 05.09.2009


Oktyabrda Bakıda İrina Mızinanın məşhur Vaxtanqov Kukla Muzeyinin eksponat sərgisi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayevin məlumatına görə, sərgi Vəcihə Səmədova adına Sərgi Salonunda təşkil olunacaq.

Ənvər Qarayevin sözlərinə görə, dünyada tanınmış Vaxtanqov Kukla Muzeyində Azərbaycan kukla ekspozisiyasının sərgisi keçirilib. Bakıda təşkil olunacaq sərgi-ekspozisiya Azərbaycanın kukla ustaları Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundrina, Mirteymur Məmmədov və digərlərinin Moskva muzeyində baş tutmuş bu sərgisinə cavab olaraq keçiriləcək.

İttifaq katibi onu da əlavə edib ki, ilin sonuna kimi Azərbaycan rəssamlarının Türkiyə, Xorvatiya və daha bir neçə ölkədə sərgilərinin təşkili nəzərdə tutulur.

Vaxtanqov Qalereyası 1997-ci ildən fəaliyyətə başlayıb. Hazırda burada Rusiya və xarici ölkələrdən 300-dən artıq tanınmış rəssamın kuklaları təqdim olunur.