çap et  
Sumqayıtda Üzeyir bəyə abidə kompleksi
Şənbə, 05.09.2009


Sumqayıt şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidə kompleksi ucaldılacaq. Sumqayıt şəhər İH mətbuat xidmətinin yaydığı xəbərə görə, qurumda keçirilən müşavirədə məmurlar tikinti və abadlıq işi aparılacaq ərazi ilə bağlı məlumat veriblər. Üzeyir Hacıbəylinin abidə kompleksinin inşası nəzərdə tutulan xiyabanın eni 23 metr, uzunluğu 61 metr təşkil edir. 1340 kvadratmetrlik sahənin təxminən 740 kv.m. hissəsində tamet döşəmə salınması, yaşıllaşdırılacaq sahələrdə əsasən çəmən, dekorativ ağac və kolların əkilməsi, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırmaq nəzərdə tutulub.

Qeyd olunur ki, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun hazırlayacağı abidənin hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m olacaq. Üzeyir Hacıbəylinin abidəsindən sonra bu şəhərdə ədəbiyyatımızın klassiki Hüseyn Cavidin də abidəsi qoyulacaq.