çap et  
Yazıçılar Birliyinin saytı bərpa olunacaq
Şənbə, 05.09.2009


Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytının fəaliyyəti bərpa olunacaq. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun qəzetimizə verdiyi məlumata görə, 2007-ci ildə yaradılan saytda bir sıra qüsurlar olduğundan onun yenidən hazırlanması qərara alınmışdı. AYB-nin binası təmirə dayandığından saytın fəaliyyətə başlaması da ləngiyib.

Ədalət Əsgəroğlu bildirib ki, saytda Yazıçılar Birliyinin üzvləri, mətbu orqanları, xalq şairləri və yazıçıları ilə bağlı məlumatlar yerləşdiriləcək.